manera.az
manera.az

Yapon kafesindəki kişi - TƏRCÜMƏ | MANERA.AZ

Yapon kafesindəki kişi - TƏRCÜMƏ | MANERA.AZ
manera.az
Nikolas Keyc

“OVÇU QIZI”

Daha bir il keçdi, sanki daş qaldı udlağımda.
Yapon kafesindəki kişi göz yaşlarında boğulub…
Bu, hər zamankı kimi adi qış deyil,
ən yaxşı halda temperatur mənfi beş.
Amma hələ də günahlardan gizlənəsi yerlər qalıb bu şəhərdə.
Tarlalar yanvar qarının altında uyuyan zaman
Ay səssizcə nəfəs alır,
Əriyir qaranlıqda, əriyir…əriyir…
Küləkdə üşüyən daş cəngəllik alovla oynayır
və səhərə doğru elə yuxudaca susur.
Evlərin üzərində duman…buludlar…
Axşam qatarına bilet almışam…
Tarlalar yanvar qarının altında uyuyan zaman
Ay səssizcə nəfəs alır,
Əriyir qaranlıqda, əriyir…əriyir…


Rus dilindən tərcümə - Xatirə Nurgül
MANERA.AZ









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930