manera.az
manera.az

Yazarlar AYO-dan istefa verdilər| MANERA.AZ

📅 02.07.2015 23:11

Yazarlar AYO-dan istefa verdilər| MANERA.AZ

Manera.az
Bu gün Azad Yazarlar Ocağının (AYO) iki üzvü, yazarlar Rüfət Əhmədzadə və Həmid Piriyev ədəbi təşkilatın üzvlüyündən istefa veriblər.

Qeyd edək ki, buna səbəb AYO sədri Namiq Hüseynovun sosial şəbəkələrdə bakılıları təhqir edən bir statusu dəstəkləməsi və bakılıların ünvanına xoşagəlməz fikirlər səsləndirməsi olub.

İstefa verən yazarlar AYO sədrinə bu cür fikirləri yaraşdırmadıqlarını və yerlibazlığın azad sözə, azad yazarlıq əqidəsinə uyğun gəlmədiyini bildiriblər.

Məsələ ilə bağlı manera.az-a açıqlama verən Rüfət Əhmədzadə bildirib ki, mən Namiq Hüseynovdan pislik görməmişəm, dost kimi çətin zamanda yanımda olub, dəstək verib. Dostluğumuz yerində qalacaq - əgər fikirlərinə korreksiya etsə. Lakin istər bakılı, istər gəncəli, istərsə də başqa regiondan olan insanlara qarşı belə yanaşma yolverilməzdir.

"Ədəbi fəaliyyətimi bundan sonra müstəqil aparmağı qərara almışam" - deyə Rüfət Əhmədzadə sözlərinə əlavə edib.

Manera.az


Baxış sayı - 2 335 | Yüklənmə tarixi: 02.07.2015 23:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031