manera.az
manera.az

“Nar bağı” bədii filmimiz "Oskar"a namizədlər siyahısında

📅 08.10.2017 22:40

“Nar bağı” bədii filmimiz "Oskar"a namizədlər siyahısında
Amerika Kino Akademiyası “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Oskar mükafatı uğrunda mübarizə aparacaq filmlərin siyahısını açıqlayıb.

MANERA.AZ xəbər verir ki, siyahıda ölkəmizdən təqdim olunmuş “Nar bağı” bədii filmi də yer alıb.

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Qaliblərin siyahısı 2018-ci il yanvarın 23-də elan olunacaq.


Baxış sayı - 1 472 | Yüklənmə tarixi: 08.10.2017 22:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031