manera.az
manera.az

Balakən rayonunda tarixi abidə aşkar edilib

📅 09.10.2017 13:15

Balakən rayonunda tarixi abidə aşkar edilib
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib.

Manera.az institutun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və ya nar tekseri olduğu müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr olan Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.

Bu maddi-mədəniyyət nümunəsinin döşəmə hissəsi kvadrat formalı, ölçüləri 20x20 metr olan və 4-5 sm məsafə arasında dəyişən kərpiclərdən ibarətdir. Abidə müqəddəs yer sayıldığı üçün burada keramika məmulatlarına az rast gəlinir.


Baxış sayı - 2 128 | Yüklənmə tarixi: 09.10.2017 13:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031