manera.az
manera.az

Lyosa Tolstoy mükafatı aldı

📅 06.10.2017 11:43

Lyosa Tolstoy mükafatı aldı
Maria Varqas Lyosa “Yasnaya Polyana” mükafatını qazanıb.

MANERA.AZ-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Təvazökar qəhrəman” kitabına görə verilib. Mükafat “Bolşoy teatr”da keçiriləcək mərasimdə təqdim ediləcək.

Lyosa Latın Amerikasının klassiklərindən hesab olunur. Xulio Kortasar, Borxes və Markeslə bərabər yeni proza ənənəsini yaradan yazıçıdır.

“Təvazökar qəhrəman” 20 dilə tərcümə olunub, 10-dan çox ölkədə bestsellərə çevrilib.

“Yasnaya Polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Nominasiyada həm xarici müəlliflər, həm də ruscaya tərcümə olunmuş kitablar mükafatlandırılır. Xarici müəllif 1 milyon rubl, rusca tərcümə olunmuş kitab isə 200 min rubl əldə edir.

Xatırladaq ki, keçən il bu mükafata Orxan Pamuk layiq görülmüşdü.


Baxış sayı - 1 456 | Yüklənmə tarixi: 06.10.2017 11:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930