manera.az
manera.az

"Yuxu və Qətl"- fəlsəfi hekayə

"Yuxu və Qətl"- fəlsəfi hekayə


Tural İsmayılov
***
Dalanı döndüm. Bəlkə də 3 saatdan çox idi ki, onu gözləyirdim. Nə qəribə işdir. Məhəbbət anidən nifrətət, sevgi və hörmət isə qəzəbə çevrilirmiş.

Mən həmişə ədalətdən danışa-danışa ən böyük ədalətsiz idim. Bilirəm ki, haqlı olan içimdəki "Freyd" idi. Fəridəni hələ uşaqlıqdan sevmişdim. İlk dəfə dördüncü sinifdə oxuyanda ona aşiq olduğumu zənn edirdim.
Amma mənim o vaxt olan hisslərimin sadəcə bir adı var idi; uşaqlıq. Onsuz da heç kim ciddiyə almırdı.

Məsələdən ilk dəfə sinif yoldaşım Günay xəbərdar olmuşdu, gəlib evdə anasına demişdi ki, Səlim özündən bir sinif yuxarıda oxuyan Fəridəni sevir.

Sağ olsun, anası da gəlib bizimkilərə demişdi. Üstündən altı ay keçmişdi, artıq yay tətilinə gedirdik. Fəridə də mənim onu sevdiyimi bilir, görəndə gülümsəyir, mən isə onu görən kimi utandığımdan qaçmaöa və gizlənməyə yer axtarırdım.

Onda yenicə məsələdən xəbərdar olan atam çağırdı yanına:

- Bura gəl görüm, ə. Eşitdim qız sevirsən.

- Ata, bu gün yenə riyaziyyatdan müəllim çətin məsələ verib ev tapşırığı üçün. Yenə köməyin lazımdır mənə-, dedim.

- Aya, köpək, rədd elə məsələni o tərəfə hələ, kişiyik da, nə sıxılırsan? Kimi istəyirsən? Sənə deyim ki, tezdir hələ, uşaqsan sən.

Bu vaxt anam da bir himə bənd imiş kimi dilləndi:

- Dedim da sənə, ay kişi, qonşu Maqsudun qızı Fəridəni istəyir. Üstünə getmə, uşaqdır.

- Demə belə, nədi, əə, yoxsa o gönüqalın Maqsudla məni quda etmək istəmirsən?

- Ay kişi, uşaqdır da, nə bilir ee səndə?-, anam dedi.

Həqiqətən heç nə anlamırdım. Sadəcə otaqdan sakitcə çıxdım. Ağlımda qalan təkcə "uşaqdır" ifadəsi idi.

Onsuz da nə edirdimsə, ciddi yanaşılmır, ancaq uşaqlığım arqument kimi üzümə vurulurdu. Bəlkə də mənim kimi uşaqların bir çoxu elə o yaşlarda dünyanın ən böyük dərdinə yiyələnir; uşaq ola-ola böyümək istəyir.

Yeddinci sinifə qədər Fəirdəyə olan hissimi heç vaxt bildirmədim. Ancaq dərs oxuyur, dayanmadan çalışırdım, Fəridə bir il sonra məktəbi dəyişmiş, sonra ailəsi ilə rayondan köçmüşdü.

Heç bir qızı bəyənmirdim. Fəridəni tapmaq isə mənim kimi bir uşağın imkanlarının xaricində idi. O illərdə yaxşı oxumaq istəyirdim, universitetə qəbul olmaq, Fəirdəni axtarmağa getmək istəyirdim. Hamı güləcək və lağ edəcək deyə qorxduğum üçün elə uşaq vaxtdan hisslərimi gizlədə-gizlədə yetginlik məqamına çatmışdım.
***

35 yaşın astanasında Freydin psixoanalizini oxudum. Mən illərdir insanların "niyə evlənmirsən" tənəsinə öz içimdə cavab verirdim:
"Çünki mən o qədər axmaq insanam ki, yaşaya bilmədim, mənəviyyatımın qətlinə imza atdım. Sadəcə yuxu gördüm, yatdım, oxudum, oxudum, oxudum. Bəs Fəridə? Onun heç ağlına da gəlmirəm bəlkə. Çünki onun harada olması ilə belə maraqlanmadım illərlə."

İnsanı uşaqkən öldürüb, ondan böyük obrazı düzəltməsinlər kaş.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930