Tural İsmayılovBu gün yenə dərsdə nümunəvi şagird kimi adımı çəkdi sinif rəhbərimiz. "Görürsüz, Zamiq yenə inşadan 5 aldı, hələ üstəlik, bu, onun yeganə 5-i deyil. Bayaq riyaziyyatdan da əla qiymət aldı."
Mən beşinci sinifdə oxuyurdum. Dərslərdə yaxşı qiymətlər alırdım həmişə. Böyük qardaşım Samir isə iki sinif məndən yuxarıda oxusa da, həm qiymətləri zəif idi, həm də məktəbdə nadinclik edirdi. Müəllimlərin demək olar ki, ondan şikayət etmədiyi gün yox idi.
Yadıma gəlir, bir dəfə qonşuluqda yaşayan, Samirlə paralel sinifdə oxuyan Günelin saçını dartmış, onun da ayağı sürüşərək palçıqlı suya yıxılmışdı. O gün bu gündür, qız qardaşımı görəndə yolunu dəyişir. Atam heç vaxt bizə əl qaldırmır, hətta anama da buna görə bərk tapşırıb ki, nə badə uşaqları döyəsən.
Qardaşım isə dayanmaq bilmirdi, atamın ürəyi yumşaqlığından istifadə edirdi. Keçən həftə tənəffüs fasiləsində sinif yoldaşı Alimi itələmiş, nəticədə Alimin başı yarılmışdı. Alimin valideynləri və qardaşımın sinif rəhbəri qapımıza gəldilər. Atam utana-utana onlardan üzr istədi, bir də oğlunun belə pis hərəkətlər etməyəcəyinə söz verdi. Samiri çağırıb dedi ki, əgər o, məktəbi belə ayıb hərəkətlər etmək üçün təsəvvür edirsə, onda məktəbdən uzaqlaşdıracaq onu. Qardaşım bunu eşidəndə dodaqaltı güldü, çünki məktəbə getməmək və boş-boş küçələrdə gəzmək onun üçün daha sərfəli idi deyəsən.
Atam heç vaxt bizi bir-birimizdən ayırmır. O, mənim yaxşı qiymət almağımı qardaşıma misal çəkir və deyir ki, sən onun böyük qardaşısan, əslində o, səndən dərs almalıdır. Samirlə heç vaxt dalaşmırıq. Məktəbdə nə qədər dəcəl, sözə baxmayan və pis şagird sayılsa da, mənə kiçik qardaş kimi həmişə dəstək olmaöa çalışır. Amma eyni şeyi valideynlərimizə münasibəti ilə bağlı deyə bilmirəm.
O, tez-tez anama cavab qaytarır. Atam onu danlayanda utanmır, əksinə gülür. Həmişə də öz bildiklərini edir.
Ailədə və bütün qohumlar arasında həmişə danlanan Samir olur. Bu, heç mənim xoşuma gəlmir, çünki mən qardaşımı çox istəyirəm, məni nə qədər tərifləsələr də, mən istəyirəm ki, qardaşıma da söz deyilməsin. Dəfələrlə Samirə deyəndə ki, pis hərəkətlər etmə, mənə göz bərəldib "atam kiçik böyüyü dinləməlidir" deyir. Özünə sərf edən məqamlarda atamın sözlərindən istifadə edir.
Atam mağaza işlədirdi. Anamın hər bişirdiyi yeməyə qardaşım naz edirdi. Bir gün anam kələm qızartmışdı. Yanında da çuğundur salatı. Mən atamın qardaşımın şıltaqlıqlarına qarşı ən sərt münasibətini ilk dəfə onda gördüm.
Dərsdən gəlmişdik. Əlimizi yuduq, paltarlarımıızı dəyişdik. Süfrəyə oturanda qardaşım qayıtdı ki, ana, hər gün ət bişir da, biz dovşan deyilik ki, kələmlə çuğundur yeyək. Anam sakit tərzdə dedi ki, hər gün ət bişirilmir, həm dəı tərəvəz uşaqların fiziki inkişafı üçün də çox faydalıdır. Qardaşım mısmırığını salladı.
- Durun, əyninizi geyinin- atam dilləndi.
- Hara? Məktəbdən ac gəliblər, bir tikə yemək yesinlər- anam dedi.
- Olmaz, ikiniz də durun, bir şey göstərəcəm- atam bizə söylədi.
***
Atam bizi köhnə, sökük bir daxmanın önünə gətirdi və qardaşıma baxdı:
- Bu yarımtikili, uçuq-sökük evdə yaşamaq istəyərsən?
- Yox.
Atam danışdı ki, bu evdə bir kasıb uşaq yaşlı, xəstə atası ilə ac-susuz vəziyyətdə yaşayırdı. "Qonşuların və yazığı gələnlərin yardımı ilə birtəhər yaşayıblar, amma keçən qıs çox sərt keçdiyindən əvvəl kişi, arxasınca isə uşaq şaxtadan və aclıqdan öldü. Siz sizi sevən valideynlərinizin və isti evinizin rahatlığından heç vaxt mənfi şeylər üçün istifadə etməməlisiz. Bu gün sənin bəyənmədiyin o kələmə möhtac olan uşaqlar var. Ona görə evinizin, valideynlərinizin, yediyinizin dəyərini bilin."
Bu hadisə qardaşıma da, mənə də çox təsir etmişdi. O gündən sonra qardaşımın davranışlarında dəyişiklik oldu. O, yaxşı oxumağa ən azından çalışır, atamın, anamın sözündən çıxmamağa çalışırdı.
Və arada yolumuz o daxmadan keçəndə qardaşım ayaq saxlayıb, oraya baxırdı. Bir neçə dəqiqə pəncərəyə baxır, sonra yoluna davam edirdi.
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.