manera.az
manera.az

Görkəmli opera müğənnisinin xatirəsi anılacaq

📅 03.10.2017 13:27

Görkəmli opera müğənnisinin xatirəsi anılacaq
Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ilk qadın opera müğənnisi, Xalq Artisti, professor Şövkət Məmmədovanın anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Manera.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən təşkil olunacaq.

Tədbirdə müğənninin Azərbaycan opera sənəti tarixindəki xidmətlərindən, ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər göstərmiş olduğu səmərəli fəaliyyətindən danışılacaq.

Tədbirdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.


Baxış sayı - 1 291 | Yüklənmə tarixi: 03.10.2017 13:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930