manera.az
manera.az

Füzuli Dram Teatrında yeni mövsüm

📅 30.09.2017 23:20

Füzuli Dram Teatrında yeni mövsüm
Füzuli Dram Teatrında yeni, 29-cu mövsümün açılışı olub.

Tədbirdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış ediblər. Teatrın ötən mövsümdə uğurları ilə fərqlənən bir neçə aktyor və aktrisası fəxri fərmanla təltif olunub.

Çıxışlardan sonra teatrın repertuarında olan Şıxəli Qurbanovun "Özümüz bilərik” tamaşası qonaqlara təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Elşən Gözəlova, Aygün Cəfərova, Orxan Əlibəyov və başqaları çıxış edir.


Baxış sayı - 1 106 | Yüklənmə tarixi: 30.09.2017 23:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031