manera.az
manera.az

" Uğurlarım üçün genlərimə minnətdaram"- MÜSAHİBƏ

" Uğurlarım üçün genlərimə minnətdaram"- MÜSAHİBƏ


Məşhur Hollivud ulduzu, aktrisa Cesika Albanın "HaberTürk"ə, Aysun Özə verdiyi müsahibənin tərcüməsini təqdim edirk.

- Çox şanslısan. Tam dünya insanısan. Anan Ketrin Danimarka, Fransa, Kanada əsillidir, atan Mark Alba isə Meksika əsilli Kaliforniyalıdır. Genlərin 3 fərqli qitədən və 5 fərqli millətdən gəlir.

- Şanslıyam, düzdür. Məsələn, günəşdə asanlıqla yanmıram. (Gülür) Genlərimə minnətdaram.

- Bəzi insanlar səni məşhurlaşdıran "Dark Angel" filmindəki uğurunu genlərinə bağlayırlar. Sən nə fikirləşirsən?

- Gənclik illərim idi. Heç unutmuram, o rola iki min nəfərin arasından seçilmişdim. Hər tip insan gəlmişdi kastinqə. Nə axtardıqlarını bilmirdik. Nəhayət seçilən mən oldum. Arxasındakı sirri hələ də bilmirəm, yəqin ki, beyinlərindəki obraz mən idim.

- Həmin illərdə sənə qarşı haqsızlıqlar olduğunu söyləyirdin. O dövrdən indiyə nələr dəyişib? Özünü daha rahat hiss edirsənmi?

- Bəli. Ətrafdan həmişə tənqidlər var idi. İllər keçib, yəqin ki, indi daha rahatam. (Gülür)

- Son zamanlar Cenifer Lourens, Şarlis Teron kimi məşhurlar Hollivudda qadın və kişilərə eyni məvacibin ödənmədiyini deyir. Sən də şikayətçisən?

- Əslində vəziyyət həmişə belə deyildi ki? Təkcə Hollivudda belə deyil. Baxsaz, hər sektorda bu hal müşahidə olunur. Qadınlar bərabər haqlara sahib deyillər, bərabərliyin olduğuna da inanmıram. Amma dəyişikliklər başladı, gələcəkdə daha yaxşı olacaq.

- Səncə, dünyayı qadınlar xilas edə bilər?

- Qadınlara təhsil versək, şans yaransa, niyə də olmasın? Qadın nəticədə bildiklərini, öyrəndiklərini toplumuna, ailəsinə ötürəcək. Mənə görə mükəməl kapital olar. İsitisnasız, dünyanı dəyişdirə bilərik. Ayağa qalxmaq üçün bizim günümüzdür.

- Qadına qarşı şiddət dünyanın ən atual problemlərindəndir. Bunun qarşısını necə almaq olar?

- Bağlı qapıların arxasında nələr baş verir, bilmirik. Şiddətə qarşı olacaq gücümüz olmalıdır, mədəni dəyişiklik eləməliyik. Rəqəmsal erada yaşayırıq, dünyanın hər yeriylə saniyələr içində əlaqəyə girə bilirik ki, vəziyyəti dəyişmək üçün çox yaxşı şansdır.

" Uğurlarım üçün genlərimə minnətdaram"- MÜSAHİBƏ


- Uşaqlığında alergiya və astmadan əziyyət çəkirdin. Bunlardan necə dərs çıxardın?

- Vücuduna necə baxsan, səhhətin də o formada olar. Böyüdükcə özümü yetişdirdim.

- Fərq yaratmada sənə kömək edən həyatındakı ən böyük dəyişiklik nə olub?

- Sosial məsələlərdə həmişə həssas oldum. Həmişə aktiv olmağı seçdim, özəlliklə uşaqlarla bağlı. Bu, mənim üçün həyat missiyasıdır, heç bir gəlir ummuram.

- Bir çox qadın gözəl olmaq istəyir. Gözəlliyin xoşbəxtliklə əlaqəsi varmı?


- Biz tamamilə özümüzə bağlı yaşamırıq. Hər hiss qaynağımız bizdən asılı olmur həyatta.

- Bu qədər işin arasında analıq necə gedir?

- Uşaqlar hansısa formada böyüyür. Onlara çətinlikləri həmişə izah edirəm.

Tərcümə:
Tural İsmayılov
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31