Təranə FeyzullayevaO, Aprel ayında dünyaya göz açmışdı... Və nə yaxşı ki, taleyini sənətə başlamışdı,. Bir aktyor kimi oynadığı hər obrazda öz individual dəst xəttini göstərməklə yanaşı nə qədər proffesional olduğunu da sübut edirdi. Onun ifasında hər obraz milli mənsubiyyətini itirmirdi... Əksinə daha qabarıq özünü büruzə verirdi... Teatrdakı obrazları bir yana...Yüzdən çox çəkildiyi filmər onun sənətinə möhür vurdu . Hələ ecazkar səsini demirəm.
Həsənağa Turabovun teatra sevgisi bambaşqaydı. Yəni, öz obrazlarını sevib mükəmməl yaratmaqla yanaşı, həm də öz aktyor dostlarının uğurlarına biganə qalmırdı. Hər yeni uğurlu tamaşa sanki onun şəxsi uğuru idi... Bu isə bir insan üçün gözəl keyfiyyət idi... Teatrın xarici səfərlərdə qazandığı uğurlar isə ona dünyaları bağışlayırdı...Bir sözlə onun qəlbinin səxavətindən hamıya pay düşürdü... Məsələn, Eldəniz Zeynalov haqqında verdiyi müsahibə buna aydın sübutdur... Hiss olunur ki, dostcanlı və sədaqətlidir..Dogru deyirlər ki, olursansa ol, insan ol. Məncə, Həsənağa Turabov bunu gözəl bacarırdı.
M.Babek Bəyin oğurlanması, Yeddi oğul istərəm, Xəyyam Təhminə və s... Onu canlı görmək mənə də nəsib oldu... İncəsənət Universitetinə qəbul imtahanında... Həyəcanım birə-beş artmışdı. Dəridən-qabıqdan çıxırdım ki, bəyənsin. Bəyəndi də. Sifət cizgiləri, ecazkar səsi məni ovsunlamışdı... İllər keçdi... Daha bir görüşümüzdə qəzet üçün ondan müsahibə alırdım... Yenə də həyəcanlı idim... Amma o, öz səmimi, sadə, isti davranışı ilə həyəcanımı yox etdi..Teatrdan sənətdən danışdıq... Onun obrazlarından... Sənətə sevgisindən..Gözləri alışıb yanırdı... Etiraf edim ki, çox az olur ki, jurnalist öz müsahibindən ayrılmaq istəmir... O qədər mehribanlaşdıq ki, dedi teatrın Türkiyəyə qastrol səfərinə səni də aparacam.. uğurlarımıza canlı şahid olarsan... Nə yazıq ki, zamanı durdurmaq olmur... Deyir sən saydığını say, gör fələk nə sayır.. Eşitdim ki, oğlunun qəfil ölümü onu ruhən sarsıdıb ki, bunu da anlamaq çətin deyil.
Və elə bu dərdi də onun son mənzilə daha tez apardı... Həsənağa Turabov elə bir akyordur ki, onu sevməmək, onun sənətinə aşiq olmamaq əldə deyil... Onun sehrinə, ofsununa düşən tamaşaçı ayrıla bilmir..Yaşasaydı ən dolğun obrazlara həyat verərdi... Düşünürəm biz böyük bir sənətkarı itirdik... Dərdə qurban verdik... Dərdinə baş əyib yaşamaq istəmədi... Amma bizə böyük bir obraz sərgisi qoyub getdi... Bu sərgidə onun həyatı gözlərimiz önündə yenidən canlanır. Və aktyor sənətinin ölməzliyini bir daha sübut edir... Sən həmişə bizimləsən, böyük sənətkar.!
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.