Manera.az Türkiyənin fenomen televiziya aparıcısı və şoumeni Okan Bayülgenin qısa müsahibəsinin tərcüməsini təqdim edir.- Ad seçəsi olsaz, özünüzə hansı adı seçərdiz?- Ad seçməzdim hərhalda. Ad yerinə simvoldan istifadə edərdim. Ad bir müddət sonra insanı izah etmir. Simvollar daha gözəldir.
- Ən sevdiyiniz söz?- “Qızım”. “Qızım” deməyi sevirəm. Həyat yoldaşıma da “qızım” deyirəm bəzən. Deyəsən, çox atayam...
- Ən nifrət etdiyiniz söz?- “Dürüstlüyüm”. Ən çox dürüst olduğum üçün üzülürəm. O qədər yaxşı insanam ki...
- Sizi nə həyəcanlandırır?- İntim.
- Həyəcanınızı nə öldürür?- Yenə intim.
- Türkiyədə yaşamağın ən çətin tərəfi nədir?- Haraya aid olduğunu bilməmək.
- Türkiyədə yaşamağın ən zövqverici tərəfi nədir?- Aaa... İnsanlar. İnsanlar ən gözəl tərəfidir, onlar olduğu üçün buradayıq. O insanlar ölsə, ya da buranı tərk etsə, yəqin, biz də yaşaya bilmərik.
- Hansı peşədə olmaq istəməzsiz?- Televiziya.
- Okan Bayülgen olmasaydınız, kim olardız?- Okan Bayülgen.
- Harada yaşamaq istəyərsiz?- Daha gözəl, daha xoşbəxt bir şəhərdə. Rahat yeriyə bildiyim, insanlarla rahat salamlaşdığım, insanların oğurluq etmədiyi, bir-birini öldürmədiyi bir şəhərdə. Amma elə bir şəhər yoxdur deyəsən.
- Sizə ən çox zövq verən pis xüsusiyyətiniz nədir?- Siqaret çəkmək.
- Qəhrəmanınız kimdir?- Əslində... “Mister No”. Amma söyləməyə utanıram.
- Sizə ən çox təsir edən roman yaxud film qəhrəmanı hansıdır?- Andre Jidin itən qısa romanlarından olan “İzabel”də gənc bir oğlan obrazı var. Mən o paraqrafı oxuyanda həmin oğlanla söhbət edirəm, amma adını xatırlaya bilmirəm.
- Həyat fəlsəfəniz?- Varlığa inanıram. İnsanın özünü seçdiyinə, özünü inşa etdiyinə... Necə şəhərlər qurursa, özünü də qurur insan.
- Xoşbəxtlik röyanız nədir?- Qızım və xanımımla bir azdan yeyəcəyim yemək. Yəni, süfrənin başına keçmək və onlarla bir yerdə olmaq.
- Bədbəxtliyin tərifi nədir?- Başqaları.
- Tək bir arzunuz həyata keçəsi olsaydı, nə arzulayardız?- Heç ölməmək.
- Necə ölmək istəyirsiz?- Sevişərək.
- İndiki ruh halınız?- Sıxılıram.
Tural İsmayılov
MANERA.AZ
Baxış sayı - 2 085 |
Yüklənmə tarixi: 17.03.2017 21:53