manera.az
manera.az

Azərbaycan müsəlman kinosu festivalında

📅 18.09.2017 16:00

Azərbaycan  müsəlman kinosu festivalında
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində XIII Beynəlxalq müsəlman kinosu festivalı başa çatıb.

Festivalın müsabiqə proqramında 27 ölkədən 60 film nümayiş olunub. Onların arasında Azərbaycandan Teymur Daiminin “Bu, sevgidir” qısametrajlı sənədli filmi, habelə Dariuş Nəcəfinin “Səs” (Azərbaycan-İran) qısametrajlı bədii filmi də yer alıb. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub.

Musa Cəlil adına Opera və Balet Teatrında keçirilən bağlanış mərasimində laureatların adları açıqlanıb, nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib.

Teymur Daiminin “Bu, sevgidir” filmi “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında qalib olub. Mükafatı təqdim edən beynəlxalq münsiflər heyətinin üzvü Şarofat Arabova ekran əsərinin “sevginin çox həssas təsvirinə görə” təltif edildiyini deyib.

Dariuş Nəcəfinin “Səs” filmi isə festivalın ən yaxşı qısametrajlı bədii filmi kimi mükafatlandırılıb. Mükafatı qəbul edən rejissor səhnədən öz müəllimi, Azərbaycanın Xalq artisti, kinorejissor Oktay Mirqasımova təşəkkürünü bildirib.

Qeyd edək ki, Rusiyanın Xalq artisti, rejissor Nikolay Dostalın sədrlik etdiyi münsiflər heyətində Azərbaycandan Ülvi Mehdi də yer almışdır.



Baxış sayı - 1 155 | Yüklənmə tarixi: 18.09.2017 16:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031