manera.az
manera.az

Filip Kirkorov: Azərbaycanı məni heyran edir

📅 01.08.2017 15:48


Filip Kirkorov: Azərbaycanı məni heyran edir

Azərbaycanı çox sevirəm. Bu ölkə çox gözəldir və insanları qonaqpərvərdir. Sizin ölkə öz arxitekturası, koloriti ilə məni heyran edir. Bura böyük məmnuniyyət hissi ilə yenidən gələcəyəm.

“Jara” festivalının iştirakçısı, Rusiyanın xalq artisti Filip Kirkorov Azərbaycan barədə bu xoş təəssüratlarını jurnalistlərlə bölüşüb.

Festivalın yüksək səviyyədə keçdiyini bildirən Filip Kirkorov burada tanınmış estrada ulduzlarını, əsrarəngiz şounu, tamaşaçı sevgisini gördüyünü vurğulayıb: “Bir daha təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Bu, möhtəşəm, fərqli çalarlı musiqi bayramıdır. “Jara” hər kəsə dəniz qədər pozitiv emosiya və unudulmaz xatirələr bəxş etdi. Dostlarımla eyni səhnəni bölüşməyimə şərait yarandığı üçün çox şadam. Məni sevən tamaşaçılarımı yenidən görmək unudulmaz hisslərdir. Növbəti “Jara” festivalını səbirsizliklə gözləyəcəyəm”.


Baxış sayı - 1 334 | Yüklənmə tarixi: 01.08.2017 15:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031