manera.az
manera.az

"Bakı rüzgarı" təqdim olunub

📅 20.06.2017 23:00

"Bakı rüzgarı" təqdim olunub
Manera.az xəbər verir ki, bu gün Bakı Yunus Emre İnstitutunda Cümhuriyyət dönəmində xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın “Bakı Rüzgarı” kitabının təqdimatı keçirilib.

Təqdimatda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.

Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım, Səməd Vurğun Muzeyinin direktoru Nüşabə Vəkilova, Mir İsmayıl Saryalın nəvəsi Nilgün Saryal, Azərbaycan millət vəkili Qənirə Paşayeva, AMEA Ədəbiyyat İnstitutunun Asiya Xalqları şöbəsinin müdiri prof. dr. Bədirxan Əhmədov, “Ədəbiyyat” qəzetinin baş redaktoru dr. Azər Turan, “Xan” Nəşriyyatının rəhbəri Şəmil Sadiq, tədqiqatçı Ceyhun Nəbiyev, əməkdar jurnalist, siyasi elmlər namizədi Qərənfil Xəlilova çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.
"Bakı rüzgarı" təqdim olunub

Qeyd edək ki, Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir.


Sevda
Manera.az


Baxış sayı - 1 423 | Yüklənmə tarixi: 20.06.2017 23:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031