manera.az
manera.az

24 May-Görkəmli aktyor Fuad Poladovun doğum günüdür.

24 May-Görkəmli aktyor Fuad Poladovun doğum günüdür.


Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladovun doğum günüdür.Sənətkarın 69 yaşı tamam olur.

Qeyd edək ki,Fuad Poladov 1948-ci ilin bu günü Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. Keçmiş Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında “Savalan” rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad Poladov teatrın aktyor truppasına daxil olub.
Fuad Poladovun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə (“Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Büllur sarayda” və “Şeyx Xiyabani”, İlyas Əfəndiyev), Cığatay (“Yağışdan sonra”, Bəxtiyar Vahabzadə), Avtandil (“Darıxma ana”, Nodar Dumbadze) Fərhad (“Məhəbbət əfsanəsi”, Nazim Hikmət), Şahbaz bəy (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Şöklü Məlik (“Torpağa sancılan qılınc”, Nəbi Xəzri), Zaur (“Təhminə və Zaur”, Anar), Baron (“Həyatın dibində”, Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.

24 May-Görkəmli aktyor Fuad Poladovun doğum günüdür.



İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.Rus Dram Teatrının səhnəsində aşağıdakı rolları ifa edib.
Erve Monten - "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan)
Daniel - " Tənha kişi üçün tələ" (R. Tom)
Pavel Trunnikov - "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski)
Lopaxin - "Albalı bağı" (A.P. Çexov)
Yuliy Sezar - "Kölgələrin oyunu" (Y. Edlis)
Stefan " -Qara dəlik" (Q. Stefanovski)
İblis - "İblis" (H.Cavid)
Sankiti Oba - "Aramızdakı kabuslar" (K.Abe)
Eddi Karbone - "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller)
Stefan - " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare)
Svetlovidov - "Ququşu mahnısı" (A.P. Çexov)
Həkim Korniş - "Əlçatmaz qadın" (S.Moema)
Napaleon 1 - "Napaleon 1" (F.Brukner)
Kardinal Vulsi - "Şah oyunları". (Q.Qorin)
Həkim Dorn - "Qağayı" (A.P.Çexov)
Herman Lyuis - "Qarışıq hisslər" (R.Baer) və digər rolları ifa edib

24 May-Görkəmli aktyor Fuad Poladovun doğum günüdür.


Sənətkar eyni zamanda İbrus Teatrının,"Zəfər" Teatr studiyasının səhnəsinə maraqlı obrazlar yaradıb,

Fuad Poladov doğma teatrı olan Akademik Milli Dram Teatrın dəvəti ilə mütamadi olaraq tamaşalarda ifa etmişdir. 2002-ci ildə Akademik teatrda Uilyam Şekspirin eyniadlı faciəsində “Hamlet” əsərində Hamlet daha sonra 2011-ci ildə İlyas Əfəndiyevin “Boy çiçəyi” əsərində Həsənzadə,2013-cü ildə Əli Əmirlinin “Şah Qacar” əsərində Şah Qacar,2015-ci ildə Erik-Emmanuel Şmittin "Müsyö İbrahim və Quran çiçəyi" əsərində Müsyo İbrahim obrazlarını ifa edib.


24 May-Görkəmli aktyor Fuad Poladovun doğum günüdür.




2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb. 20 mart 1987-ci ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb.

Manera.az kollektivi adından Fuad Poladovu ürəkdən təbrik edirik, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Turan Etibaroğlu
MANERA.AZ




24 May-Görkəmli aktyor Fuad Poladovun doğum günüdür.

24 May-Görkəmli aktyor Fuad Poladovun doğum günüdür.



Baxış sayı - 2 227 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728