manera.az
manera.az

Sevimli aktyorun anım günüdür/MANERA.AZ

📅 15.04.2017 01:34

Sevimli aktyorun anım günüdür/MANERA.AZ


Bu gün görkəmli teatr və kino aktyoru Azərbaycan Respublikasının xalq artisti sevilən sənətçi Telman Adıgözəlovun anım günüdür. Aktyorun vəfatından 7 il ötür

Qeyd edək ki,Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M.İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris...Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülmüşdü.

Sevilən sənətkarın yaradıcılığın ən parlaq dövründə 2010-cu il aprelin 15-də 57 yaşında qəfildən ürək çatışmazlığından vəfat edib.

Turan Etibaroğlu
Manera.az


Sevimli aktyorun anım günüdür/MANERA.AZ


Sevimli aktyorun anım günüdür/MANERA.AZ


Baxış sayı - 1 364 | Yüklənmə tarixi: 15.04.2017 01:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031