Bu gün tanınmış aktyor Azərbaycan Respublikasının Xalq Artisti,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Yasin Qarayevin doğum günüdür.Qeyd edək ki, Yasin Mikayıl oğlu Qarayev 22 may 1946-cı ildə anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib, 1974-cü ildən Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb.
Aktyor bu günə qədər də həmin teatrın səhnəsində bir-birindən gözəl obrazlar yaradır. Doğma teatrın səhnəsində Cəlal (“Komsomol poeması”), Qulu (“Tamahkar”), Əsəd (“Danabaş kəndinin məktəbi”), Mahmud (“Hacı Qəmbər”), Qafar (“Çimnaz xanım yuxudadır”) və bir çox başqa yaddaqalan obrazlar yaradıb.
Xalq artisti Milli televiziyada hazırlanan “Ağatların valsı”, “Bağda da putyovka var”, “Gəl qohum olaq” və başqa tamaşalarda özünəməxsus rolları ilə yadda qalıb.
Manera.az saytının kollektivi adından Yasini müəllimin 71 yaşını təbrik edirik ona can salığı uzun ömür ,şlərində uğurlar arzu edirik...Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 1 444 |
Yüklənmə tarixi: 22.05.2017 09:33