manera.az
manera.az

Məhşur aktyor Alen Delon kino karyerasını başa vurur

Məhşur aktyor Alen Delon kino karyerasını başa vurur


Dünyaca məşhur Fransa aktyoru Alen Delon bu ilin payızında kino karyerasını başa vuracağını bəyan edib.Aktyor sonuncu rolunu rejissor Patris Lekontun filmində oynayacaq.

“Bu mənim son filmim olacaq. Mən artlq boksçu kimi lazım lüzumsuz döyüşlərdə iştirak etmək istəmirəm”, deyə A.Delon bildirib. Onun sözlərinə görə, məhəbbət əhvalatından bəhs edən filmdə onun partnyoru aktrisa Jülyet Binoş olacaq.

Qeyd edək ki, son dəfə kinoda A.Delon 2008-ci ildə, “Asteriks və Obeliks Olimpiya Oyunlarında” filmində çəkilib.Alen Delon 1957-ci ildən bu günə qədər 100 yaxın filmdə rol alıb. Rober Enrikonun "Macəra axtaranlar" lentində çəkildiyi rolu tamaşaçılar böyük rəğbətlə, hərarətlə qarşıladılar. Ardınca "Samuray" və məşhur "Zorro" filmlərindəki oyunları ilə Alen tamaşaçıların sevgisini qazanır.O, ən yaxşı kişi roluna görə "Sezar" mükafatına da sahib olub.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930