manera.az
manera.az

Görkəmli Adil İsgəndərovun doğum günüdür

Görkəmli Adil İsgəndərovun doğum günüdür


Bu gün görkəmli teatr və kino rejissor, aktyor ,Zaqafqaziyanın ilk SSRİ xalq artisti dövlət mükafatların laureatı Adil İsgəndərovun doğum günüdür.


Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncə şəhərində anadan olub. Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar. Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsl heyrət doğurmuşdu.

Bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verdi. "Vaqif" milli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. Tamaşa Bakının mədəni mühitində yeni bir oyanış yaratmışdı. Adil İsgəndərovun sənətə gəlişi ilə ölkəmizin teatr həyatında yeni coşğun bir mühit formalaşmağa başladı. Hər şeydə yenilik var idi. Dekorasiyalar da, aktyor oyunu da, ümumi kompozisiya quruluşu da klassik ənənələrin yeni formada təqdimatı kimi çox maraqlı bir mənzərə yaratmışdı. Ələsgər Ələkbərovun şaqraq səsi bu quruluşa özünəməxsus bir ovqat gətirirdi.

Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. "Xanlar", "Fərhad və Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqim səhəri", "Otello", "Türkiyədə" və s. əsərləri tamaşaya qoyan rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. A.İsgəndərov bir müddət C. Cabbarlı adına "Azərbaycanfilm" kinostuduyasına direktoru olub (1966–1974). 1966-cı ilə qədər Adil İsgəndərov kinoda aktyor kimi işləyib.

İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində qoçu rolunu vermişdi. 1958-ci ildə "Uzaq sahillərdə" (Rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmır. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Ə. İbrahimovun "26 Bakı komissarı" filmndə çəkildi. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yaratdığı Kərbalayı İsmayıl idi. Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının "kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olub. Bu aktyorun yaratdığı obrazlar içərisində "Qanun naminə" filmindəki Kamilov xüsusi qeyd edilməlidir.

"Arxadan vurulan zərbə" filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi. "Əhməd haradadır?" bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir.

A.İsgəndərov 1978-ci il, sentyabrın 18-də dünyasını dəyişib. II-ci Fəxri Xiyabanda dəfn olunub.

Hal-hazırda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adil İsgəndərov adına Mədəniyyət Sarayı yerləşir və Bakı şəhərinin mərkəzi küçələrin birinə Adil İsgəndərovun adı verilib.

Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30