Türkiyənin məşhur kino aktyoru Yeşilçamın əfsanəvi aktyoru olan Halit Akçatepe 79 yaşında vəfat edib.Sənətçi bir müddət İstanbuldakı xəstəxanalardan birində müalicə alırdı.H.Akçatepenin ölümünə səbəb damar tıxanması olub.
Qeyd edək ki,Halit Akçatepe 1 Yanvar 1938-ci ildə İstanbulun Üsküdar bölgəsində tanınmış türk aktyoru Sıtkı Akçatepenin ailəsində doğulub.Atası Sıtkı Akçatepe və Leman Akçatepe dövrün tanınmış teatr və kino aktyorları olublar.Halit Akçatepe ilk dəfə filminə 1943-cü ildə 5 yaşındaykən çəkildi.1972-ci ildə Ertem Eğilmezin "Tatlı Dillim" filmi ilə şöhrət qazandı.1975-ci ildə məhşur "Hababam Sınıfı" filmində Güdük Necmi obrazı ilə Türk kinosuna adını yazdırmışdır.Kinoaktyor 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb və üç filmin ssenari müəllifi olub.Bir çox mükafatlara layiq görülüb.
ALLAH RƏHMƏT ELƏSİN
Turan Etibaroğlu
Manera.az
Baxış sayı - 2 275 |
Yüklənmə tarixi: 31.03.2017 18:00