manera.az
manera.az

3 May- Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

📅 03.05.2017 00:23

3 May- Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür


Bu gün Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür.


Qeyd edək ki,Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 1993-cü ildə 3 may tarixini jurnalistlərin beynəlxalq peşə bayramı kimi elan edib.Hər il bu bayram günü keçirilən tədbirlər müəyyən bir mövzuya həsr olunur.

1991-ci ilin bu günündə Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul ediblər.

Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü Azərbaycanda da hər il qeyd olunur.

Bu gün münasibəti ilə dəyirmi masalar, konfranslar təşkil olunur, söz və mətbuat azadlığı sahəsindəki durum nəzərdən keçirilir, görülən və görülməsi nəzərdə tutulan işlərdən danışılır, problemlərin aradan qaldırılması yolları müəyyənləşdirilir.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 2 309 | Yüklənmə tarixi: 03.05.2017 00:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031