manera.az
manera.az

Multikulturalizm məktəbi ilə bağlı mətbuat konfransı keçirilib

📅 26.07.2016 19:30

Multikulturalizm məktəbi ilə bağlı mətbuat konfransı keçirilib
III beynəlxalq multikulturalizm məktəbi ilə bağlı mətbuat konfransı keçirilib

Manera.az xəbər verir ki, mətbuat konfransı bu gün Bakıdakı Anatolia otelində baş tutub.

Konfransda bildirilib ki, III beynəlxalq multikulturalizm məktəbi bu ilin 18-27 iyul tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığıyla “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adı altında həyata keçirilib.

Qeyd olunub ki, III beynəlxalq multikulturalizm məktəbi Bakı, Qəbələ, İsmayıllı, Şəki, Qax, Oğuz, eləcə də Nic, Lahıc, İvanovka, "Yəhudilər məktəbi" kimi Azərbaycanın unikal multietnik bölgələrində fəaliyyət göstərib.

III beynəlxalq multikulturalizm məktəbində Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukranya, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə Azərbaycan multikulturalizmini öz gözləri ilə görmək imkanı əldə ediblər.

III beynəlxalq multikulturalizm məktəbinin sonunda Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulis öz təşəbbüsləriylə yaratdıqları "Azərbaycanın gənc dostları" beynəlxalq kulubunu təqdim ediblər.

Rahid İslamzadə,
MANERA.AZ

Multikulturalizm məktəbi ilə bağlı mətbuat konfransı keçirilib
Multikulturalizm məktəbi ilə bağlı mətbuat konfransı keçirilib


Baxış sayı - 1 660 | Yüklənmə tarixi: 26.07.2016 19:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031