manera.az
manera.az

Salvador Dalinin ‘‘Yaddaşın əzmi’’ tablosunun təhlili- Sevda Həsən

📅 28.04.2017 13:15

Salvador Dalinin  ‘‘Yaddaşın əzmi’’ tablosunun təhlili- Sevda Həsən


Sevda Həsən

Bu tabloya baxan hər kəs özünə sual ünvanlayır. Baxdığın tablo əslində nə məna kəsb edir?Fikirləri alt-üst edən, dərin mənalı bir tablodur.

Yaddaşın Əzmi (The Persistence of Memory), 1931 tarixli bir Salvador Dali tablosudur. Salvador Dalinin ən məşhur tablolarından olan sözü gedən bu əsər, bəzən yumşaq və ya əriyən saat olaraq insanlar tərəfindən tanınıb. Əsərə diqqətlə nəzər yetirsəniz məkanın son dərəcə geniş və dərin olduğu qənaətinə gələcəksiniz. Həqiqətən də yalnızıq və səhranı xatırladan bu məkan olduqca sakitdir. Tablonun arxasindakı su belə sakit və dalğasızdır. Hər şeyin sakitləşməsi və yerləşməsi üçün sanki kifayət qədər zaman keçmiş kimidir.

Əriyən cib saatlarından bəhs edən tablo o illərdəki yumşaqlıq və sərtlik anlayışına işıq tutur.

Tablonun ortasında "əjdaha" formasında bir insan fiquru müşahidə olunur. Bir çox əsərində istifadə etdiyi bu obyekt, sənətkarın özünü təsvir etməsi kimi də qəbul edir. Əsərin sol alt küncündə yerləşən saat üzərindəki qarışqalar və əriyən saat üzərində görülən milçək, çürümə və yox olmaqdan bəhs edir. Rəsmdəki yeganə bitki olan zeytun ağacı da Dalinin bir çox əsərində ümumi mənası olan sevinc, ümid və yaxşılaşma simvolu olaraq istifadə edilmiş. Ancaq, bu yağlı boya cədvəldə qurumuş kimi çəkilən bu ağac başqa bir anlayışa işarə edir: "Ölüm. Şəklin daxilində əks etdirilən bu ölüm hissi... milçək və qarışqalar, bomboş qumsal, arxa plandakı sadə sonsuzluq, əriyən saatlarla keçən zaman hissi buna işarə edir".

Əsərin tamamlandıqdan bir müddət sonra qırmızı şərabla isladıldığı söylənilir. Eyni Mona Liza əsərində olduğu kimi.

Əsər bu gün New York City Muzey of Modern Artda (Moma) yer alır. Tablo ilk dəfə Nyu-yorkda 1932 ildə sərgilənmiş və o zaman tablo 250 dollara satılmışdır. Tablo qısa bir zaman ərzində Dalinin ən tanınmış əsəri olmuş və açıqcalar, plakat və digər formalarda istifadə edilmişdir.

Salvador Dalinin  ‘‘Yaddaşın əzmi’’ tablosunun təhlili- Sevda Həsən


MANERA.AZ


Baxış sayı - 3 458 | Yüklənmə tarixi: 28.04.2017 13:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031