manera.az
manera.az

Anar “GÖZ MUNCUĞU”yla oxucuya nə demək istəyir? | MANERA.AZ

Anar “GÖZ MUNCUĞU”yla oxucuya nə demək istəyir? | MANERA.AZ

Ədəbiyyatı bəzən yatmış vulkana bənzətmək olar. Dünyanın düz vaxtında yatmış vulkan, yəni ədəbiyyat birdən-birə bir əsər püskürür və ya bir müəllif. Elə bir əsər ki, bu əsər yatmışları oyadar, usanmışları ruhlandırar, inamsızları inandıra bilər. Elə bir əsər ki, o özündə siyasətçilərin, iqtisadçıların, psixoloqların, alimlərin, həkimlərin deyə bildiklərini və ya deyə bilmədiklərini obrazlı şəkildə ifadə edir. Bu əsərlərdən biridə bu yaxınlarda çox sadə tərtibatda işıq üzü görmüş Anarın “Göz muncuğu” hekayəsidir. Bədii əsərin əsas obrazı ideya sütunu əsərin müəllifidir.

Hələ əsəri oxumayan oxucu müəllifi artıq tanıyır, təbii ki, əgər müəllif məhşurdursa. Deməli, əsərlə tanışlığın ilkin mərhələsi müəllifin obrazından başlayır. “Göz muncuğu”nun müəllifi yazıçı Anardır. Yazıçı Anar ötən əsrin 60-80-ci illərində ədəbiyyatımıza yeni nəfəs gətirib, oxucularına yeni söz deməyi bacarmış əsl Sənətkardır. Elə əsl Sənətkar olaraq o sözün bitmədiyini, tükənmədiyini, dərin qatlardan qaynaqlandığını hər yeni əsəri ilə sübut edə bilmişdir. Bu əsərlərdən biridə elə “Göz muncuğu” oldu. Bəllidir ki, hər hansı bir əsərin qəhrəmanı mənfi və ya müsbət insandırsa, o əsər deməli sxematik, yalnız süjet xətti ilə maraq kəsb edə biləcək əsərdir. Əsərin qəhrəmanı real insan tipinə yaxın olmalı, özündə mənfi və ya müsbət keyfiyyətləri, xeyir və şəri, dünəni və bu günü əks etdirən biri olunda isə əsər həm ideya planında, həm bədii cəhətdən zənginləşir. Çünki mürəkkəb olanı ifadə etmək rəngarənglik zərurəti yaradır.

Anarın qəhrəmanı İNSANDIR... mənfisi ilə müsbəti ilə, daxilində çox əsirlik yaddaşı, təcrübəni toplamış, Xeyir və Şərin mübarizəsindən daxilən parçalanan lakin Mələk və Şeytanı bir cismdə birləşdirən İnsan.

İnsan varlığının mürəkkəbliyini təsvir etmək məqsədilə müəllif öz qəhrəmanını, yəni insanı kosmik prizmadan təsvir edir. Bu təsvir metodu hesabına gah enirik Bakının adi, lakin koloritli ümumi həyətlərinin birinə və burada ümumbəşərin haqsızlığın şahidi oluruq. Gah da yüksəlirik haqqın axtarışına...

İnsan haqqı hər zaman hündürlükdə, uzaqda, reallıqdan kənarda axtarır. Anarın insanı da dar həyət çərçivəsində yaranan elə burdaca mənən sıxılan, boğulan insan haqqını, ədaləti elmdə, kitabda axtarmağa başlayır, zaman zindanından xilas olub bu günümüzə qədər gəlib çatan Əshabi-kəhf zirvəsində, mifində axtarır, hətta qaranlıq, yeganə işığın ilahi haqqdan sıza biləcəyi qəbrin qaranlığında axtarır. Lakin hər dəfə bədəni, cismi, onun fiziki varlığının təminatı zərurəti insanı bu ali məqamlara yetməyə qoymur. Haqqa tərəf irəliləsə də son addımını ata bilmir. Nədən geri dönür? Adi, bəsit görünsədə cismani varlıq və komfort axtarışı səbəbindən... Həyətdə başına tökülən və onun bədənini buza döndərən soyuq su, atasının incidən şillə təpikləri, qadınla yaşaya biləcəyi həzz axtarışı, Naxçıvandan geri dönmək üçün aldığı biletin batmaq təhlükəsi, dostu tərəfindən əlindən alınan evi qaytarmaq istəyi... Bunlardır Haqqa yetməməyin adi, bəsit, kosmik planda heç bir əhəmiyyəti olmayan səbəbləri. Beş mərtəbəli evin altıncı mərtəbəsinin mövcudluğunu yəqin edib o mərtəbəyə yetişmək əzmi, eşqi ilə irəli gedibdə... ən son addımda ilahi eşq yanğısından daha güclü olan yaşamaq istəyi ona mane olur.

“Göz muncuğu” povestdir. Lakin povest janrı çərçivəsinə sığmayan geniş və dərin məzmunla yüklənmiş əsərdir. Bəli məhz yüklənmiş. Müəllif oxucusuna rəhm etmir, çünki onun məqsədi sadəcə oxumaq deyil. Müəllif çəkinmədən 18 fəsildən ibarət povesti məhz qane olmayan oxucuya ünvanlayır. 18 fəsil... Fəsillər hər biri bir neçə Qərb və Şərq filosoflarının dini kitablardan gətirilən sitatlarla başlayır. Bu əslində oxucu üçün bir mesajdır ki, əslində fəsillərdə öz təsdiqini çoxdan tapmış bir çox fikirlərin süjetli təqdimatıdır.

Demək olar ki, “Göz muncuğu”nun müəllifi yeni fikir demək iddiasından uzaqdır. Missiya başqadır. Şəhər ədəbiyyatının görkəmli nümayəndəsi olan Anar bu əsərdə öz oxucusunu şəhər küçələrindən, idarə divarlarından, mənzil çərçivələrindən xilas edərək onu sərhədsiz kosmik məkana yönəldir. Əsərdə sanki zaman, məkan anlayışları silinir.

Realizm, sürrealizm, klassizim, posmodernizm, mistiq realizm bir məqsədə qulluq edir. Müəllif Sözün qüdrətini tamlıqla, məharətlə, səxavətlə istifadə edərək həyatı vacib həqiqətləri ifadə edir. Burda Söz sözü gətirmir. Söz sözü, həqiqəti, reallığı, həyatın özünü təsdiqləyir...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031