manera.az
manera.az

Salvador Dalinin doğma bacısından qisası - FOTO | MANERA.AZ

📅 18.08.2015 12:11

Salvador Dalinin doğma bacısından qisası - FOTO | MANERA.AZ
manera.az

1925-ci ildə (21 yaşında) çəkdiyi „Pəncərədə önündəki qız” əsərində Salvador Dalinin ilham pərizi bacısı Anna Mariya idi.

Onların əvvəl isti olan bacı-qardaş münasibəti sonralar korlanıb. Buna səbəb isə onun əsərlərin birinə belə bir epataj yazması olub: “Bəzən mən öz anamın portretinə tüpürürəm və bu, mənə həzz verir”.

Anna Mariya 1949-cu ildə „Salvador Dali bacısının gözü ilə” adlı kitab yazır və Dali haqqında heç də yaxşı sözlər işlətmir. Bundan qəzəblənən Salvador öz bacısından intiqamını 1954-cü ildə alır.

Rəssamın yeni əsəri belə adlanır: “Öz zəkasının buynuzları ilə Sodom günahına batan bakirə”. Qadının duruşu, onun bədən cizgiləri, pəncərə arxasındakı peyzaj isə „Pəncərə önündəki qız” əsərini xatırladır.

Manera.az


Baxış sayı - 2 431 | Yüklənmə tarixi: 18.08.2015 12:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031