manera.az
manera.az

Xalq Artisti Nodar Şaşıqoğlunun anım günüdür/MANERA.AZ

Xalq Artisti Nodar Şaşıqoğlunun anım günüdür/MANERA.AZ


Bu gün görkəmli teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın Xalq artisti "Şöhrət" ordenli sənətkar Nodar Şaşıqoğlunun anım günüdür.Nodar Şaşıqoğlunun vəfatından 4-il keçir

Qeyd edək ki, Nodar İzzətoviç Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə anadan olub. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub.

Xalq Artisti Nodar Şaşıqoğlunun anım günüdür/MANERA.AZ


Nodar Tiflisdə orta məktəbi və Şukin adına Teatr İnstitutunu bitirib. Sonra Vaxtanqov adına teatrda cəmi bir il , Moskvada Taqanka Teatrında isə 5 il işləyib.

Onun ilk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoymuş Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub.

Xalq Artisti Nodar Şaşıqoğlunun anım günüdür/MANERA.AZ


Nodar Şaşiqoğlu xatirələrində yazır: ”Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan”.

Aktyorun Azərbaycana bağlılığı bu filmlə başlayıb. "Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkilib. Amma Məcnun onun ən sevimli rolu olub.

Xalq Artisti Nodar Şaşıqoğlunun anım günüdür/MANERA.AZ


O, Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrinin laureatı adını qazanıb. Moskva, Leninqrad teatrlarında, Bakıda çəkildiyi filmlərdə onlarla bədii obraz yaratmış aktyor xalq arasında “Mixaylo” kimi tanınıb və sevilib.

"Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kino studiyalarında işləyən Nodar Şaşiqoğlu

2003-cü ildən Bakıda S.Vurğun adına Rus Dram teatrına qayıdıb və burada Sorin (A.P.Çexov, "Qağayı"), Kral Lir (U.Şekspir, "Kral Lir") obrazlarını məharətlə ifa edib.


İstedadlı aktyor 2013-cü il aprelin 12-də 86 yaşında Bakıda dünyasını dəyişib.II-ci Fəxri Xiyabanda dəfn olunub.

Xalq Artisti Nodar Şaşıqoğlunun anım günüdür/MANERA.AZ


Turan Etibaroğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031