manera.az
manera.az

Qəmlər evi- Esse/ MANERA.AZ

Qəmlər evi- Esse/  MANERA.AZ


Əsmər İsmayılova
(esse)

Qəmlər evi... İztirab çəkən ruhların kinli pıçıltıları eşidilir bu soyuq, qaranlıq evdən. Nəmli və çürümüş taxtadan olan pilləkənlər öz-özünə belə cırıldayırdı. Sanki gözə görünməz varlıqlar gəzişirdi üzərində.

Darmadağın olmuş bu evin tavanından yerə su damcıllayırdı hər saniyədən bir. Divarların küncü artıq hörümçəklərə aid idi. Sökülüb dağılmağa hazır olan yorğun və bir o qədər qoca olan divarlara qorxunc rəsimlər çəkilmişdi. Ən son qara boyayla çəkilən göz rəsmi ağlayırdı. Ev sanki qəm yükündən çökmüş, yerlə yeksan olmuşdu.

Bu həyatdan ürkmüş bir qızcığaz var orada. Heybətli səssizlik içində ömür sürən bu qız, hədəfsiz qorxuların sahibiydi. Qan ağlayan gözləri puç olmuş ümüdlərinə qarşı kəskin fəryad içindəydi. Daxili aləmində yaşadığı kədər onu ağladır, sızladır, dərd içində boğurdu. Və qaranlıq bu qara saçlı qızın qarşısında diz çökmüş, öz ecazkarlığını gümüş qabla təqdim edirdi.

Lənətli bir gözəllik...

O qızın yaralı gözləri, susuz qalmış dodaqları, küləyin dalğasıyla sevişən saçları, kitab arasındakı qurumuş gül kimi cansız, ölümü xatırladan lakin, ölümü belə sevdirən qoxusu insanı məst edirdi. Hüznün əbədiyyət qılıncı ilə yaraladığı bu qız, qəmlər evi deyə adlandırılmış mahsəndə əsir olaraq yaşayacaqdı.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930