Əmrah CabbarovPulsuzluqun açdığı yaraların üsdündə ana qurdlar bala qurdlarını bəsləyirdilər. Bir kitabda gözünə sataşan qısa bir cümləni xatırladı: Günah olmasaydı, Tanrı deyərdim sənə, ey pul.
Fikirli-fikirli kasıblara görə, göydən yana yana düşən varlılara görə, göydən nur tökülən soyuq qar havası ilə spirtli içki içdiyi yerlərdən birinə gedirdi qəribəsi odur k,i cibində kibrit qutusunda 7 yanmış 5 yanmamış kibrit, siqaret qutusunda biri yarıya qədər çəkilmiş toplam 9 yarım siqareti var idi, sözsüz yaşadığı evin açarı, bir də unutmamaq lazım, hər ehtimala qarşı 20 qəpik yol pulu.
İki mərtəbəli bir pab qapısını açıb içəri girdi salamlaşıb bir işığı yanmayan masaya oturdu
Və çox keçmədi ki, masaya soyuq pivə qoyuldu, önündəki içkidən bol bir qurtdum aldı və siqaretin birini yandırdı.
Öz-özünə mırıldandı və hər kəsdə olan ama simasını görmədiyimiz iç səsiylə danışmağa başladı; məni yoran, incidən, sıxan bütün səbəblərin beş mislini qara ciyərimdən çıxıram. İçki istifadə edib əsəblərimi sakitləşdirirəm, ama qara ciyərimin ömrünü azaltmaq azmış kimi az ömrünə də zəhər qatıram, ancaq qara ciyərim mənə sadiq qalıb etdiyim haqsızlığa səs çıxarmır, bəli, bəli, haqsızlıqdır, başqasının hirsini, əsəbini kimdənsə çıxmaq və yaxud özündən yaxud hansısa orqanından çıxmaq haqsızlıqdır.
Qara ciyərinin sakit qalmağı onu qorxudurdu, çünki qulaq pərdələrini cırıb beyinin qaranlıq nöqtələrində gizlənmiş əsəb bölgəsini darmadağın edən ürküdücü səslərin çox vaxt susmuşların səsi olduğunu çox yaxşı bilirdi, özü də susqunluğa üstünlük verən biri idi.Bu arada içdiyi pivələrin sayını unudan başı iç səsiylə danışığa qarışan qəhramanımıza arıq üzü tüklü bir işçi yaxınlaşıb səsləndi:
- Müdür yenə borclarını soruşdu.
- Sən nə dedin?
- Dedim maaşı aldığı gün həmişə ödəyir.
- Çox sağol, gedim mən, sonra gələrəm
Evinə çatıb qapını döydü, sonra öz evi olduğunu xatırlayıb, cibindən açarı donmuş və titrəyən barmaqları ilə çıxarıb qapını açmağa cəhd göstərdi, birinci cəhd uğursuz oldu, açar yerə düşdü, cəhənnəm əzabıdır sərxoş adamın əyilib durması, o ki qala düşən bir əşyanı tapıb götürmək.
Çətin olsa da açarı yerdən götürüb, yenidən cəh etdi və budur qələbə. Açar olması olduğu yerə saplandı, iki dəfə çevirəndən sonra evinin qapısı içəri keçməsinə icazə verdi.
MANERA.AZ
Baxış sayı - 1 844 |
Yüklənmə tarixi: 13.01.2017 12:48