manera.az
manera.az

Bakıda “Qarabağ kino günləri”

Bakıda “Qarabağ kino günləri”


Fevralın 25-dən 27-dək Bakıda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə ”Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində “Qarabağ kino günləri” təşkil olunacaq.
TEAS-dan bildirilib ki, təqdim olunacaq ilk film “Gənc səslər, qədim nəğmə” adlanır. Amerikalı musiqiçi Cefri Verbok 2000-ci ildə Azərbaycanın məcburi köçkün düşərgələrinin birində kamera ilə çəkdiyi azyaşlı uşaqların ifasına valeh olur. Amerikaya qayıtdıqdan sonra kadrları izləyərkən, onlardan birinin Vətən haqqında oxuduğu mahnı onu möhkəm təsirləndirir. C.Verbok vaxtilə gördüyü bu uşaqların hələ də muğam oxuyub-oxumadıqlarını bilmək və yeni gənc muğam ifaçıları ilə tanışlıq məqsədilə səkkiz il sonra yenidən Azərbaycana gəlir...
Keti-Robin Qarton və Cefri Verbokun ekranlaşdırdığı və Tale Heydərovun icraçı prodüseri olduğu film fevralın 25-də “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
Fevralın 26-da təqdim olunacaq “Xocalı şahidləri” filmində faciənin şahidi olmuş yeddi şəxsin acılarla dolu xatirələri yer alıb. Ekran əsəri Avropa Azərbaycan Cəmiyyəti və Türkiyənin ”106 film” şirkətinin birgə istehsalıdır.
Fevralın 27-də isə “Sonsuz dəhliz” filmi nümayiş olunacaq. ABŞ və Litva kinematoqrafçılarının istehsalı olan film Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçard Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olan şəxslər ilə görüşlərində lentə alınmış xatirələrindən bəhs edir.
Filmlərin seans cədvəli ilə www.parkcinema.az saytında tanış ola bilərsiniz.

Mənbə-Mədəniyyət qəzetiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031