manera.az
manera.az

“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb

📅 07.12.2016 09:30

“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb
“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb. Bütünlüklə yenilənmiş kinoteatr “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinə daxildir.

Dünya standartlarına cavab verən və iki mərtəbədən ibarət kinoteatrda 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub.

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə bilərlər. Bundan əlavə, kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VIP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həmdə fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər. Həmçinin əlil arabaları üçün zallarda xüsusi yerlər quraşdırılıb.

Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” da daxildir.


Baxış sayı - 1 451 | Yüklənmə tarixi: 07.12.2016 09:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930