manera.az
manera.az

“Uşaq olmaq çətin imiş” adlı aylıq fotomüsabiqə

📅 07.02.2017 11:00

“Uşaq olmaq çətin imiş” adlı aylıq fotomüsabiqə
Azərbaycan Fotoqraflar Birliyi “Uşaq olmaq çətin imiş” adlı aylıq fotomüsabiqə elan edib. Fotomüsabiqənin ideya müəllifi Rauf Umud, koordinatoru Nail Əhmədovdur.

Müsabiqəyə fotolar JPEG formatda, uzun tərəfi 1500 piksel olmaqla musabiqeafb@gmail.com ünvanına göndərilməlidir. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Müsabiqəyə fotolar fevralın 26-dək təqdim olunmalıdır.

Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Müsabiqəyə üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə yalnız son bir ildə çəkilmiş işlər qəbul olunur.


Baxış sayı - 1 691 | Yüklənmə tarixi: 07.02.2017 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031