manera.az
manera.az

Yeni foto-müsabiqə |MANERA.AZ

📅 11.10.2016 13:30

Yeni  foto-müsabiqə  |MANERA.AZ

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin icrasına başlanılmışdır.

Bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunacaq və bu foto-şəkillər layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəlliflər iştirakçı statusu qazanacaqlar. Sərgiyə çıxarılan foto-şəkillərin qiymətləndirilməsi aşağıdakı parametrlərlə keçirilir:

Münsiflər heyəti sərgidə iştirak edən foto-şəkillərdən 3 (üç) ən yaxşı foto-şəkli seçəcək və bu 3 foto-şəkil müvafiq yerləri tutmaqla sərginin qalibi elan olunacaqlar; 2. Qaliblər müvafiq mükafatlar əldə edəcəklər;

Bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

Foto-müsabiqənin şərtləri:

Müsabiqədə 14-29 yaş arası peşəkar fotoqraflar və foto həvəskarlar istənilən mövzuda çəkdikləri fotoları təqdim etməklə iştirak edə bilərlər. Təqdim olunan fotolar rəngli, eləcə də ağ-qara ola bilər. Hər bir foto aşağıdakı məlumatla müşaiət olunmalıdır:

Müəllifin adı və soyadı, təvəllüdü;

Fotolar son 1 il ərzində çəkilməlidir;

Fotolar 3000 piksel-ə qədər ölçüdə və JPEG, TIFF formatında 3-5 meqabayt (MB) ölçüdən az olmamalıdır;
Bir müəllifdən 3-dən artıq iş qəbul edilmir;

İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;

Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir;

İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilər;

İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək;

Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir;

Foto-redaktorda işlənmiş fotolar qəbul edilmir;

İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına, eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə hüquqi məsuliyyət daşıyır;
Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.

Fotolar 10 noyabr 2016-cı il tarixinə qədər fotolimp@mail.ru elektron ünvanına, mövzu yerinə “foto-müsabiqə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillər qəbul edilməyəcək.


Baxış sayı - 1 572 | Yüklənmə tarixi: 11.10.2016 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031