manera.az
manera.az

Vasif Ayana vəzifə verildi/ MANERA.AZ

📅 17.01.2017 09:45

Vasif Ayana vəzifə verildi/ MANERA.AZ


Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan nümayəndəliyi olaraq fəaliyyətimizdə yeniliklər etməyə hazırlaşırıq. Dərnəyin başqanı Adnan Fişəngin təşəbbüsü ilə keçiriləcək yeni layihələrimiz olacaq. Əsas məqsədimiz Azərbaycan və Türkiyə əlaqələrinin daha da gücləndirilməsi yönündə işlər aparmaq və təqdimatlar keçirməkdir".

Bu fikirləri Ölkə.az-a açıqlamasında "Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş sədr müavini, tanınmış prodüser Vasif Ayan (İsmayılzadə) səsləndirib. Onun sözlərinə görə, təqdimatlarda Azərbaycan və Türkdilli dövlətlərin siyasi xadimləri, iş adamları, idmançılar, mədəniyyət işçiləri iştirak edəcək:

"Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan nümayəndəliyinin sədri Afaq Fərzəliyeva da bildirib ki, Qarabağ həqiqətlərinin işıqlandırılması, Türkdilli dövlətlərlə yaxından əməkdaşlıq, ölkədə baş verən mədəniyyət hadisələrinin təbliğ edilməsi və sair məsələlərə daha böyük diqqət ayrılacaq. Qurumumuz bu il daha aktiv fəaliyyət göstərməyi qarşıya məqsəd qoyub".

Xatırladaq ki, Vasif Ayan bir neçə filmin və televiziya proqramının layihə rəhbəri və prodüseri olub.

MANERA.AZ


Baxış sayı - 3 609 | Yüklənmə tarixi: 17.01.2017 09:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031