Anar MəcidzadəGülarə xanım oğlu Cavadı çətinliklə, əzab-əziyyətlə böyütmüşdü. Evliliyinin üçüncü ilində - Cavadın iki yaşı olarkən ərini itirsə də, ikinci dəfə ailə həyatı qurmamış və gəncliyini mərhum ərinin yadigarı olan Cavada həsr etmişdi. O, oğluna yetimliyi hiss etdirməmişdi. Oğlunu kənddəki orta məktəbdə xadimə işləyərək böyütmüşdü. Ancaq Cavad bütün bunlara rəğmən anasının istəklərinin, məsləhətlərinin əksinə çıxırdı. İyirmi beş yaşına çatanda avaraçılıq etməklə ad çıxarmışdı. Ən dəhşətlisi o idi ki, narkotikaya aludə olmuşdu. Anası nə qədər çalışsa da, oğlunu bu pis vərdişdən uzaqlaşdıra bilmirdi.
***
Ay bala, gəl bu zəhrimardan uzaq dur. Ondan heç kəs xeyir tapmayıb ziyandan başqa. İndi sənin ailə quran, sevib-sevilən vaxtındır. Nə özünü, nə də məni bədbəxt eləmə, oğul. Anana yazığın gəlsin. Atanın ruhu da narahatdır.
Gülarə xanım hər gün oğlu Cavada öyüd-nəsihət verir, onu pis vərdişlərdən uzaqlaşdırmaq istəyirdi. Ancaq naxələf övlad yenə də öz əməllərini davam etdirirdi. Hətta öz hərəkətlərinə haqq da qazandırırdı:
-Ana, mən nəşə çəkməsəm ölərəm. Mənim işlərimə qarışma. Məni böyütmüsən deyə, sənin göstərişlərinlə oturub-duran deyiləm. İmkan ver, öz həyatımı yaşayım.
Günlər ötür, aylar bir-birini əvəz edirdi. Cavad yenə də narkotikadan istifadə edir, evə sərxoş gəlir və anası ilə dalaşırdı. Hətta anasına əl qaldırmaqdan da çəkinmirdi. İçki, narkotika onun beynini qurutmuş, insanlıqdan çıxarmışdı. Kəndin narkoman cavanlarının təsiri altına düşən Cavad öz ömrünü puç etmişdi. Taleyi əzəldən qara gələn, zavallı ana artıq öğlunun hərəkətlərindən, əməllərindən bezmişdi. Və bəxtsiz ana bir gün özünü öldürmək qərarına gəldi. Oğlunun taleyi onu ölümə vadar etdi.
Günlərin bir günü Gülarə xanım zəhər içərək intihar etdi. Bu acı xəbəri Cavada qonşuları xəbər verdi. Cavad peşman olub, vicdan əzabı şəksə də, artıq gec idi. Öz doğma anasını, onu min bir əzabla böyüdən valideynini içkiyə, narkotikaya qurban verən Cavad nə qədər peşman olsa da, göz yaşı axıtsa da, canına qıymış ananı qaytarmaq mümkün deyildi...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.