manera.az
manera.az

Seyid niyə belə etmişdi? - Hekayə | MANERA.AZ

Seyid niyə belə etmişdi? - Hekayə  | MANERA.AZ
manera.az

SUSQUNLUĞUN SİRRİ


Bütün sevdikləri yanında idi; Atası, Anası, Yoldaşı, oğlu, qızı, qardaşı, bacısı...

Hamının gözlərində nəm, onun isə üzündə doğuldğu gündən bəri onu bir an belə tərk etməyən təbəssüm.

O təbəssüm ki, çoxlarına gələcəyə ümidlə baxmağa stimul olmuşdu. O təbəssüm ki, Səbəbini heç kimsə anlaya bilmirdi. O təbəssüm ki, hətta bir çoxlarını qorxudurdu.
Hamı nəsə soruşur, nəsə cavab gözləyir, lakin o qırx ildi etdiyini edirdi. Susurdu və gülümsəyirdi.

Əslində bu hal yaxınlarına heç də yad deyildi. Hələ uşaq ikən yaşıdların yıxılanda, nəsə istəyəndə ağladığı halda o sadəcə ayağa durar və gülümsəyərdi, əsla nəsə istəməz, əsla tələbkar olmazdı.

Beş yaşına gələndə valideynləri qorxmağa başlamışdı. Düşürdülər ki, yəqin övladımızın əqli qüsuru var. Və bu minvalla onu Navrasa aparmışdılar. O boyda böyük şəhərdə getmədikləri klinika və xəstəxana qamadı. Həkimlər, profesorlar, hətta xaricdən gələn mütəxəsislər də bir diaqnoz qoya bilmədilər. Bütün fiziki və əqli göstəriciləri normaldan da yaxşı çıxmışdı.

Problem nə idi axı?

Əslində bu problem idimi? Uşağın ağlamaması, susması və hey gülümsəməsi problem idimi?
Bu suallara belə cavab tapa bilmirdilər valideynləri və həkimlər.
***

İllər ötür, zaman su kimi axıb gedirdi önün daim gülümsəyən gözlərinin önündən.

Artıq 16 yaşına gəlmiş, dinməsə də , hey sussa da ətrafındakı hər kəs onu çox sevər və sayardılar. Hətta nüfuzu o qədər artmışdı ki, nəslinin ağsaqqalları belə ondan məsləhət alır, onun fikrini sorardılar. O isə üzündən bir an olsun əksik olmayan təbəssümlə hər kəsi sonuna qədər dinlər, məsələlərə öz münasibətini bildirər və yenə susardı. Ondan məsləhət alan heç kim ziyan tapmamış, əksinə xeyir görmüşdülər.

Qohumları arasında onu vergi verildiyi haqqında söz-söhbət yayılmağa başlamış, hamı onun yanına gəlir, onunla söhbət edir, onun məsləhətlərindən və təbəssümündən pozitiv yararlanırdılar.

Bir gün halı çox pisləşdi. Qızdırmadan yanır,tər-su içində qalır,gözlərini aça bilmirdi. Yenə aparmadıqları həkim və xəstəxana qalmamışdı amma çarə tapan olmamışdı ki, olmamışdı. Rəngi saralmış, qəmati əyilmiş, bədəni halsızlaşmışdı. Heç nə yemir, heç nə içmir, sadəcə susur və gülümsəyirdi.

Çarəsiz qalan valideynləri qohumlarının təkidi ilə onu “molla”lara, “seyid”lərə aparmağı qərara almışdılar. Dedilər Navrasın Nizar qəsəbəsində bir Seyid var ki, ölünü dirildir, dəlini zincirdə aparırlar, onun yanından ağıllanıb çıxır və.s

Bir səhər tezdən oyanıb getdilər “Seyid”in evinə. Həyətdə bir növbə var idi ki, gəl görəsən. Elə bil aclıq dövrünün çörək növbələri idi. Əlini hər şeydən üzən insanlar “Seyid”dən mədət ummağa gəlmiş, saatlarca gözləməkdən usanmırdılar.

Axırıncı kimin olduğunu soruşub başladılar gözləməyə.

Birdən qapı açıldı. İçəridən sifətindən zəhrimar yağan qara paltarlı bir qadın təlaşla çölə çıxıb bunlara yaxınlaşdı və “Seyid sizi gözləyir” dedi.
Bunlar bir-birinə baxıb nə baş verdiyini anlamağa çalışır, növbədə gözləyən insanlar danarazı sifət ifadələri ilə bunlara baxırdılar. Hətta öz aralarında deyinirdilər də.
İçəri girdilər. Saçı-saqqalı düm ağ olan qoca “Seyid” onu diqqətlə süzüb valideynlərinə dedi:

-Aparın bunu burdan. Aparın. Aparın.Aparın...

Sözləri deyə-deyə əllərini sifətinə tutur, gah da saçlarını yolurdu.

Sifətindən zəhrimar yağan qadın bunları çölə çıxardıb gözləyənlərə “Seyid”in bu gün heç kimi qəbul etməyəcəyini dedi. İnsanların sifətində yenə narazı ifadə, valideynlərinin içində isə qorxu var idi.

Görəsən “Seyid” niyə belə etmişdi?!

Yol boyu bunu düşünən və müzakirə edən valideynlərinə baxıb gülümsəyir və sadəcə susurdu.
Kor peşman evə qayıtdılar. O gündən bəri heç xəstələnmədi ta ki, indiyə kimi.

Yenə eyni hal təkrarlanırdı. Yenə qızdırma, yenə soyuq tərlər, yenə susqunluq, yenə təbəssüm...

Anasının ağlamaqdan gözlərinə qan sızmış, Atasının saçları dümağ saqqalına qarışıb, Yoldaşı və övladları pərişan olmuş, bacısı dil deyib ağlayır, qardaşı isə bir küncə sıxılıb sızlayırdı.

Birdən qapıları döyüldü. Gələn 24 il əvvəl onları evindən qovan həmin “Seyid” idi. İçəri girib ona yaxınlaşdı və qulağna nəsə dedi.
Qırx ildir gülümsəyən və parlayan gözlərindən yanağına doğru yaşlar axmağa başladı...

Rauf Alagözov
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031