manera.az
manera.az

Safura Həsənzadədən YENİ HEKAYƏ - "Boyunbağı"| MANERA.AZ

Safura Həsənzadədən YENİ HEKAYƏ - "Boyunbağı"|  MANERA.AZ
Mopassanın "Boyunbağı" hekayəsinin təsiri ilə...

Keçən yay avtobusla rayona gedirdim. Avtobus qadınlarla dolu idi. Qızıl dişli, dırnaqları qırıq, saçları dağınıq, zövqsüz geyimli, solğun qadınlar. O solğunluğun içində qollarında, boyunlarında par-par parıldayan bilərziklər, boyunbağılar. Gözlərində, üzlərində, çiyinlərində daşıdıqları ağır yüklərin altında boyunbağı hesabına mən də gözələm deyərək özlərini göstərməyə çalışan qadınlar. Min-bir əziyyət, zəhmətdən qabarlaşmış, büzüşmüş əlləri, kobudlaşan dırnaqlarına çəkilmiş səliqəsiz dırnaq boyasıyla mənə də bax deyən qadın. Dəbdən düşmüş köynəyinə qızıl-gümüşlə yeni çalarlar qatmaq istəyən, səssiz, bəzən bütün dərdlərinin altında hər gün yenidən doğulan qadın.

Qadının sinəsində ki, boyunbağı qonşumuzla bağlı hadisəni yadıma saldı. Gözəl adında qonşumuz var idi. Həyat yoldaşını gənc yaşda itirmişdi. Bir müddət keçməmiş eşitdik ki, ərinin dostuyla evlənib. Türklər demiş evlənməz olaydı. Kişi məhəlləmizə gəlin gəldikdən sonra səs-küydən evdə rahatlığımız pozuldu. Gözəlin də günü göy əskiyə dönmüşdü. Həyatı nağıl dili kimi yüyrək oldu, işləyib tək oğlunu böyütdü, ərinə baxdı. Day o əvvəlki, Gözəldən bir şey qalmamışdı. Oğlu böyüdükdən sonra daha ikinci ərindən, söyüşlərindən qorxmadı. Gün gəldi ərindən ayrıldı, özünə ev tikdi, oğlunu evləndirdi. Deyəcəksiniz ki, hansı pulla? Bankların canı sağ olsun.Kasıbın xoş gününün ömrü az olur. Borc gəldi dayandı qapıya, banklar, sələmlər... Gözəl bilmədi kimə üz tutsun, hara üz tutsun. Evində olanını-qalanını satıb hər ay bankın pulun ödəyirdi, iş dəyişdirməkdən bezmişdi. Qadın ki, qadın... Sən demə ikinci yoldaşı ona brilliant boyunbağı veribmiş. Toylara gedəndə boynuna taxıb lovğalanaraq ortada fırlanırdı. Yenə sələmçi qapısını sındıranda boyunbağını verdi ki, borcunu silsin. Amma boyunbağı brilliant yox, gümüş imiş. Qadının faciəsi burda başladı. Deyirdi ki, əri bunu ona Bakıdan alıb gətirmişdi. Boyunbağının gümüş çıxdığı gün aləm bir-birinə dəydi. Elə bil dünya Gözəlin başına çökdü. Qadın borclardan yox, boyunbağının dərdindən əriyib muma dönmüşdü. Bunu özünə xəyanət sayırdı və indi anlayırdı ki, səhv eləyib ərini gümüş boyunbağına satıb onu dostuyla aldadıb. İndi anlayırdı, bir gümüş boyunbağı üçün tək ərinə yox, bütün gələcəyinə xəyanət etmişdi.

... Xəyanət etdiyi gecə məşuqu ona boyunbağı hədiyyə etmişdi. Eynən Gözəl də Matilda kimi qutunu açdı, boyunbağını görüb bərələ qalan gözləri parıldadı. Boyunbağını öz boynunda görməyi elə arzuladı ki, az qala ürəyi dayanacaqdı.

... Özünü asanda boyunbağı boynunda imiş.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031