manera.az
manera.az

Dünya evindən kənar olmuşam....-ŞEİR

📅 07.11.2016 18:48

Dünya evindən kənar olmuşam....-ŞEİR
Vüsalə Vətənxan

Olmuşam

Var olsun bu cahan, könlündə mənəm,
Bu könül içində yanar olmuşam.
Açılsın cənnətin qapısı gələm,
Ki, dünya evindən kənar olmuşam.

Ürəyə məlhəmi tapan olmadım,
Dərdlərin üstünə qonar olmuşam.
Sevinclə aləmdə qanadlanaydım,
Qanadsız quşları anar olmuşam.

Səssizlik dəryamda dil aça bilsəm,
Bu dərya dibində susar olmuşam.
Gözümün yaşını əbədi silsəm,
Onları qəlbimə basar olmuşam.

Arzudan murada ümüd yoluyam,
Ümüdə min qapı açar olmuşam.
Zülmətin nuruna bürünmüş kimi,
Hər çıraq başından qaçar olmuşam.

Lal olmuş sözlərim dəryalar qədər,
Sakit dərya kimi axar olmuşam.
Könlüm hər bir sözə versə də dəyər,
Vüsaləyəm, sözə baxar olmuşam.


Baxış sayı - 1 723 | Yüklənmə tarixi: 07.11.2016 18:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031