manera.az
manera.az

Daha yetməz dodağının istisi...-ŞEİR

📅 07.11.2016 14:45

Daha yetməz dodağının istisi...-ŞEİR

Tural Turan


Qırışlar...

Daha yetməz dodağının istisi,
Üzümün qırışını ütüləməyə...
Qırışlarım at nalı, soyuq-soyuq döyülməz;
İçində paslı mismar,
Çıxışına əyilməz...
Qırışlar sənin möhrün,
Ey ayrılıq xəttatı -
kimi alın yazısı, kimi deyir bayatı...
Alnıma yazdıqların, indi sənsiz boy atır...
İstədim ki, qoymayam
İçim sənsiz göynəyə,
Nə yalan deyim,
Qısqandığın qızlar da
Daha axın gəlmir, sən ətirsiz köynəyə...




Baxış sayı - 2 216 | Yüklənmə tarixi: 07.11.2016 14:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930