manera.az
manera.az

Dünya məndən çox böyükdür...-ŞEİR

📅 04.11.2016 18:02

Dünya məndən çox böyükdür...-ŞEİR
Rüzgar Mövsüm

Ürəyimdə nə var? Nə yox?
Söylə mənə, nə bilirsən?
Ürəyimdə gündə yüz kəs
Böyüyürsən, kiçilirsən.

Gah gedirsən, gah gəlirsən.
Tələsmədən, asta-asta.
Tənhalığımla qəmdəyəm,
Kədərdəyəm sanki yasda.

Gecələri sənsiz qucağım,
inan, mənə çox soyuqdur.
Ürəyimi aparmısan, baxıram ki,
indi yeri bir oyuqdur.

İllər gəlir qonaq kimi, lap tez gedir,
Tələsərək, qaça-qaça.
Dünya məndən çox böyükdür,
Mənsə sənsiz, bapbalaca.


Baxış sayı - 1 927 | Yüklənmə tarixi: 04.11.2016 18:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031