manera.az
manera.az

Gənclər üçün İnternet radiosu yaradılacaq |MANERA.AZ

📅 10.10.2016 14:10

Gənclər üçün İnternet radiosu yaradılacaq |MANERA.AZ
Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncə şəhərində “Tələbə Radiosu” adlı layihəyə start verildi.

Layihənin məqsədi gənclərin sosial problemlerini işıqlandırmaq, gəncləri yeni innovativ metodlar barədəməlumatlandırmaq, asudə vaxtı səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində İnternet radiosu yaradılacaq. Bunun üçün 15 nəfər könüllü təlimlərə cəlb olunub. Təlimlərin sonunda radionun işçi heyəti müəyyənləşdiriləcək, veb sayt və yayım proqramı hazırlanacaq. Dinləyicilərə maarifləndirici proqramlar təqdim etmək, aktual məsələləri müzakirəyə çıxarmaq planlaşdırılır.

Təlimlər vasitəsilə iştirakçılar media və menecment bilikləri, həmçinin real həyat təcrübəsi əldə edəcəklər.


Baxış sayı - 1 494 | Yüklənmə tarixi: 10.10.2016 14:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031