Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” pyesi əsasında eyniadlı tamaşa hazırlayır.
Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Sərvər Əliyevdi və tamaşanın tərtibatında rejissor kukla teatrı ünsürləri məharətlə istifadə etmişdir.
Səhnə əsərinin bəstəkarı xalq artisti Sərdar Fərəcov,tamaşasının rəssamı Yusif imamverdiyev,rejissor assistenti isə Ceyhun Rəhimovdur.Rəqslərin quruluşunu Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyev vermişdir.
Yeni səhnə əsərində əsas rolları Əməkdar Artist,Aidə Qasımova,aktyorlar Səbuhi Əhmədov,Afaq Əliyeva və Elgiz Mürşüdov ifa edirlər.
Süleyman Rüstəm «Çimnaz xanım yuxudadır» komediyasını 1922-ci ildə qələmə alır.Əsər teatr həvəskarı olan Çimnaz xanımın məhəllə qadınları ilə tamaşaya baxmaq üçün evində qurduğu oyundan bəhs edir. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar gələndə ona desin: xanımın başı ağradığı üçün yatıb, narahat etmək olmaz. Hər şey də məhz bu əhvalatdan başlanır. Qafar öz yataq otağına keçmək istəyəndə Nabat çox gülünc işlərə əl atır ki, ər xanımın teatra getdiyini bilməsin. Əsər ideya baxımından ailədə sədaqəti və düzlüyü tərənnüm edən bu tamaşa da mahnı və rəqslərlə zəngindir.
Qeyd edək ki,Tamaşanın premyerası 18 Oktiyabrda keçiriləcək.
Turan Etibaroğlu
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.