manera.az
manera.az

“Bu filmə mütləq baxın” - MANERA

“Bu filmə mütləq baxın”  - MANERA

Aylarla öncə yerli bir filmin trailerini görəndə təəccüblənmişdim. “Bizdə də belə bir film çəkilə bilərmiş” – deyə düşünməyə başlamışdım. Sonra qarşıma filmin rejissorunun bir müsahibəsi çıxmışdı. Ailəsində baş verən faciə ilə bağlı film çəkmək qərarına gəldiyi, bunun üçün maşınını satması və 22 min manatlıq büdcə ilə bu filmi çəkdiyini müsahibəsində bildirmişdi.

Səbirsizliklə gözlədiyim vaxt gəldi və filmi yerli kinoteatrın səhər seansında baxmağa getdim. Zalda mən də daxil 5 nəfər var idi. Açığı bu dərəcə marağın olmaması məni üzdü. Çünki, yerli komediya filmi çəkiləndə zalda boş yer tapmaq olmur adətən. Özü də komediya, nə komediya. Bir var güldürüb düşündürən, bir da var ki, adicə mənasız güldürən, üz əzələlərini qeyri-ixtiyari hərəkət etməyə məcbur edən ucuz şou. Dediyim, məhz ikinci tipə aid olan filmlərdir. Özü də məni üzən o oldu ki, zaldakı həmin 4 nəfərdən 1 cütlük, yəni 2 nəfər filmi yarımçıq tərk etdi.

Film barəsində o qədər yazmaq olar ki, boş yer tapmaq mümkün olmaz. Sadəcə dahiyanə, əla şəkildə işlənilmiş bir filmdir. Aktyorların oynaması, filmin çəkilişi və s. Artıq söz demək belə qəbahətdir.

Film barədə gözəl fikrlərimi kənara qoyub görmək istədiklərimi yazmaq istərdim. Film adı qara ekranda musiqisiz, üzərində “Times New Roman” şrifti ilə yazılmış filmin adı ilə başlayır. Və sonda da musiqisiz, qara fonda filmdə çəkilən şəxslərin adları görünür. Anlayıram ki, film üçün mahnı yazdırmağa pul tələb olunur. Amma, xarici ifalardan istifadə etmək də mümkündür. Özü də filmin sonluğuna uyğun kifayət qədər məşhur olmayan, lakin yerinə uyğun gələcək əla ifalar var.
Elə lap başlanğıcda metro səhnəsində gözümdən qaçmayan bir hissə oldu. Qeyd edim ki, heç zaman filmlərə qüsur axtarmaq üçün baxmıram. Arzu və Kamil metronun girişində görüşəndə hava qaranlıqlaşıb artıq. Hər ikisi yay geyimlərindədir. Lakin, metroda qatar hərəkət edəndə divarda saat 16:35-i göstərir. Hava, geyimlər və zaman uyğunlaşmır. Ən azından yüngül geyimlər zamanı hava saat 5 də qaranlıqlaşmır.

Digər toxunmaq istədiyim məsələ filmin təqdimatı kimi verilən mətndə Kamilin 30 yaşa kimi yalnız işləyərək yaşadığını, ömrünü bunu sərf etməsi qeyd olunur. Lakin, filmdə bu yazılan hissəyə dair səhnələr yoxdur. İşlə bağlı cəmi 1 səhnə var ki, onda da Kamilin gəzdiyi qızın yanına gəlməsidir.

Facebook üzərində yazışmalar filmə öz yerində maraq qatır. Lakin, filmin qəhrəmanı Kamilin real həyatda sahib olduğu qapı satışı ilə məşğul olan müəssisənin qrupunun sağında ən yuxarıda qruplar siyahısında birinci sırada olması da gözümdən qaçmadı. Yazışmalar zamanı komputerin aşağıdakı vaxtı göstərən hissəsi kadra salınmırdı. Həmin vaxt kadra salınsa hadisələri daha da canlandırardı.

Film həqiqətən də onu baxmaq üçün sərf edilən vaxta dəyər. Lakin, darıxdırıcı olan hissələr də çox idi. Çatışmayan, sadəcə filmdə bir balaca action-un (hərəkətliliyin) olmaması idi.

Digər bir məqam olan Arzunun ərinə xəyanət etməsi məsələsinə gəlincə isə demək istəyirəm ki, insanın elə bir əri olsa ona xəyanət etmək nədir, lap canını da almaq olar. İnsan ən azından öz qadını ilə maraqlanar da.

Ən sonda yazmaq istərdim ki, belə düşündürücü bir filmlərə həmişə baxılmağa gedilsin. Nə qədər zəif çəkilsə də, xarici filmlərdən götürülən hissələr çox olsa belə. Ən azından ucuz şou olan komediya filmlərimizin dəfələrlə çox gəlir əldə etməsinə rəğmən bu melodram filmlərinə də dəstək olmaq lazımdır. Ən azından kino sənayesinin inkişafı üçün.


Yusif HansenБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031