manera.az
manera.az

...nəfəsini udub getmək - ŞEİR |MANERA.AZ

📅 23.09.2016 10:10

...nəfəsini udub getmək  - ŞEİR   |MANERA.AZ
Aliyə Əsədova

Torpağın nəfəsi

Sükut... sükut..
nəfəsini udub getmək
əllərini dayamaq
nəfəsində boğulmaq istəmişdin elə bil,-
demə ki ölmək istəmişdin ,
əllərin boyalıydı hasar kölgəsinə sığındıqca ,
hər sabahı açdıqca
ərşi rəngləyirdi üfüq.
Deşilmiş əllərində tikan yaraları-
sərhəddi öyrənmək istəmişdin...
Bilirəm ki qorxutmadı səni eşidib gördüklərin
indiyədək tanıyıb-bildiklərin .
Yenə qorxma!..
İllər əvvəl yön saldığın Kamçatka soyuqları
qorxutmadı səni
Sibirin buz şaxtaları.
İndi lap yaxındasan, o yaralı əlləri
tikanlı məftillərdən deşik-deşik
yaralı , yaradan boyanmış qanlı
o boyalı əlləri dayadağın yer -Torpaq.
Torpağın nəfəsi var,
indi sağalacaqsan,
görürsənmi, yeriyirsən o tərəfə,
səndə Vətən arzusu,
Torpaq sevgisi var .
Adamı özünə çəkməyə
torpağın həvəsi var ,
gücü taqətindən çox.
Sükut...sükut...
Torpağın nəfəsi var,
nəfəsini udub gedmək,
əllərini dayamaq
nəfəsində boğulmaq istəmişdin elə bil,
demə ki ölmək istəmişdin .


Baxış sayı - 1 599 | Yüklənmə tarixi: 23.09.2016 10:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031