manera.az
manera.az

İctimai Birlik “Multikulturalist Azərbaycan” layihəsinə start verib

İctimai Birlik “Multikulturalist Azərbaycan” layihəsinə start verib

“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Multikulturalist Azərbaycan” layihəsinə start verib.

İctimai Birlik gənclərin maarifləndirilməsi, Azərbaycanın müxtəlif regionlarında yaşayan etnik azlıqların nümayəndələrini, eyni zamanda, respublikamızda təhsil alan xarici ölkələrin müxtəlif ixtisaslı gənclərini toplamaqla onlar arasında mədəni dialoqun yaradılması, təmsil etdikləri millətlərin mədəniyyətini, dilini, ənənəsini nümayiş etdirməyə şərait yaratmaqla cəmiyyətin rüşeymi olan gənclərdə tolerantlıq, humanizm prinsiplərini formalaşdırmaq məqsədilə İsmayıllı rayonunda beşgünlük layihə həyata keçirəcək.

Layihənin açılışı iyulun 25-də İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında “Qız qalasının” ətəklərində olub olub.
Açılışda İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİHB-nin müavini Sevil Əhmədova, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənlər Təşkilatları ilə İş sektorunun müdiri Vüsal Quliyev,“İrəli”İctimai Birliyinin sədri Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RGİİ-nin rəisi Taleh Salehov və Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclərin və müxtəlif millətlərin nümayəndələri iştirak ediblər.

Tədbir dövlət himnin səslənməsi ilə başlayıb. “Multikulturalist Azərbaycan” layihəsi çərçivəsində iştirak edən bütün gəncləri salamlayan RİH-başçısı Mirdaməd Sadıqov İsmayıllıda gənclər üçün hər cür şərait yaradıldığını bildirib. O, ölkə başçısının tolerantlıq və multikulturalizm sahəsində gördüyü dünya əhəmiyyətli işlər barədə məlumat verib, dini dözümlülyün, tolerantlığın, multikulturalizmin dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənlər Təşkilatları ilə İş sektorunun müdiri Vüsal Quliyev qonaqları salamlayıb və daha sonra tolerant və multikultural mühitdən danışaraq İsmayıllı rayonunda azsaylı xalqların dostluq və mehriban şəraitində birgə yaşamasını qeyd edib. Ölkədə gənclər siyasətinin formalaşdırılmasındagənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu söyləyib və bildirib ki, bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və layihənin məqsədi barədə məlumat verib.

Düşərgə təbiətin səfalı guşəsində, gənclərin ruhunu oxşayan bir məkanda fəaliyyətə başlayıb.

Elnarə Günəş,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1234
567891011
12131415161718
19202122232425
26272829