manera.az
manera.az

Dəyirmi masa keçirilib _MANERA

📅 24.02.2016 11:18

Dəyirmi masa keçirilib _MANERA


Bakı Slavyan Universitetinin (BSU) Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi” mövzusunda dəyirmi masa keçirilib.

MANERA.AZ-ın məlumatına görə, Şərşünaslıq fakültəsinin tələbələri və universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının iştirakı ilə baş tutan dəyirmi masada çıxış edən mərkəzin müdiri İntiqam Şıxızadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi barədə məlumat verib. Multikulturalizm və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi oluğunu deyən mərkəz müdiri hal-hazırda milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşa xüsusi qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

Dəyirmi masada mövzu ətrafında disskusiyalar aparılıb. Bildirilib ki, Azərbaycanda mövcud olan multikultural, tolerant dəyərlər dünyaya bir nümunədir və ölkəmizdə bütün azsaylı xalqlar dostluq və qardaşlıq mühitində yaşayır.

Tədbir çərçivəsində iştirakçılar tərəfindən maraq doğuran məsələlər geniş şəkildə müzakirə edilib, tələbələrin sualları cavablandırılıb.


Baxış sayı - 1 826 | Yüklənmə tarixi: 24.02.2016 11:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031