manera.az
manera.az

Feysbukun gücünün sirri - Yunis Dürüst yazır... | MANERA.AZ

Feysbukun  gücünün sirri - Yunis Dürüst yazır...  |  MANERA.AZ
Yunis Dürüst

Yaşadığımız hazırki dövr, məlumat və informasiya dövrüdür. Açıq demək lazımdır; qəzetlər, jurnallar, televiziyalar, radiolar heç də, müstəqil və azad deyillər, mütləq kimlərinsə kontrolu altındadırlar və onların yönləndirməsi ilə hərəkət edirlər. Başqa sözlə desək, informasiya vasitələrinin adı informasiya vasitəsi olsa da, onlar informasiya çatdırmaqdan, məlumat verməkdən daha çox, başqa məqsədə qulluq edirlər; müəyyən bir düşüncəni, hansısa bir ideologiyanı bizə qəbul etdirməyə, sırımağa çalışırlar. Bütün fəaliyyətləri, bütün yayınları ona yönəlib ki, öz fikir və ideologiyalarını bizim beynimizə yeritsinlər, düşüncəmizi məhz həmin istiqamətə kökləsinlər. Və bunu elə ustalıqla edirlər ki, çoxumuzun heç ruhu da, incimir. Amma yeganə bir şey, tək bir sahə var ki, onu kontrol altına almaları asan bir məsələ deyil; İNTERNET!

Bu platforma, o qədər böyük və mürəkkəbdir ki, bu sahədə informasiyanın yayılma imkanı və sürəti elə güclüdür ki, onu əldə saxlamaq, tam kontrol etmək çox çətin, hətta, mümkünsüzdür. Adicə bunu deyək ki, misalçün istədiyin qədər sayt və ya bloq aça bilərsən və orda istədiyin qədər məlumat paylaşa bilərsən, yəni hər kəs bunu edə bilər, heç bir əngəl yoxdur. Bir sözlə, internet məkanında heç bir maneə, heç bir məhdudiyyət yoxdur. Beləliklə də, hansısa bir informasiyaya qarşı, hansısa bir fikrə qarşı öz fikrini irəli sürə bilmək, öz sözünü demək imkanına sahibsən. Amma di gəl ki, burda da, bir əmma var; bəzi imkanlardan, bəzi yollardan istifadə edərək, məsələn, müəyyən maddi vəsait, pul sərf edərək, daha güclü və daha təsirli informasiya axını yaratmaq mümkündür, hansı ki, bu imkana heç də hər kəs sahib deyil. Belə xüsusi imkana sahib olanlara qarşı, ayrı-ayrı sadə adamların, tək və “əliyalın” şəkildə duruş gətirə bilməsi çox çətin məsələdir. Yəni bir var ki, sən, tutalım, öz bloqunda bir fikir deyirsən və bunu uzaqbaşı dostların və tanışların görür, bir də var ki, hansısa internet qəzetində kimsə bir məqalə yazır və bunu minlərlə, on minlərlə adam görür.

Razılaşın ki, bu ikisi arasında çox ciddi fərq var. Beləliklə, aydın məsələdir ki, böyük maddi, texnoloji və sair imkanlara sahib olan bir çox mərkəzlər, bir çox qurumlar, istədiyi fikir və siyasəti sadə adamlara diqtə etdirmək, onları öz düşüncələri istiqamətində yönləndirmək üçün mütləq ki, daha təsirli, daha kompakt olan hansısa virtual proyekt barədə düşünəcəkdilər. Elə bir virtual proyekt, elə bir virtual vasitə ki yuxarıda da qeyd etdiyim kimi, bütün dünyaya, bütün millətlərə açıq olsun və hər kəsin marağını cəlb edə bilsin, hər kəsin ilgisini çəksin. Amma bu, o qədər də rahat, asan başa gəlməyəcəkdi; bu virtual vasitə, mütləq ki çoxyönlü, çoxfunksiyalı, universal olmalı idi.

Bir sözlə bu, elə bir şey olmalı idi ki, insanların internetə girmə səbəblərini özündə cəmləsin. Yəni elə bir şey ki, internetə girmək üçün əgər tutaq ki, 10 səbəb varsa, onların hamsını ya da ən azından çoxunu verə bilsin. İndi gəlin baxaq, görək, insanların internetə girmə səbəbləri hansılardır, istifadəçiləri netə cəlb edən əsas şeylər nələrdir?

Üst-üstə yığsaq, əsasən bunları görərik; özünü ifadə etmək, məlumat almaq, xəbərləri izləmək, tanınmışları təqib etmək, dostlar və tanışlar ilə ünsiyyət qurmaq, yeni insanlar tanımaq, hansısa fikri başqaları ilə paylaşmaq, video izləmək, musiqi dinləmək, oyun oynamaq, boş vaxt keçirmək, marağını təmin etmək, istirahət etmək, alış-veriş etmək...

İndi mən heç nə deməyəcəm, özünüz baxın, fikirləşin, görün; feysbuk, burda qeyd olunanlardan neçəsini özündə cəmləyə bilir, bu sosial şəbəkə, insanların internetə girmə səbəblərinin nə qədərini və təxmini neçə faizini verə bilir? Ən azından 70-80 faizini verirmi?...

“FEYSBUKUN VƏ HƏYATIN SİRRLƏRİ” Kitabından
Kitabın rəsmi feysbuk səhifəsi: https://www.facebook.com/FEYSBUKun-S%C4%B0RRl%C9%99ri-591877447632162/


MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31