manera.az
manera.az

Sevgi oyunları ... - Aynur Əlinin yeni şeirləri |MANERA.AZ

📅 03.08.2016 12:10

Sevgi oyunları ... - Aynur Əlinin yeni şeirləri  |MANERA.AZ
Aynur Əli (Seyid)

Üzünün xəritəsini hafizəsinə çəkmişdi


Evinin damında
yiyəsiz itlər həsrətdən ulayanda,
pişiklər səhərədək
sevgi oyunları oynayardılar;

Ay

onun dodaqlarını gəzərdi:
üzünün xəritəsini
hafizəsinə çəkmişdi.
barmaqları ilə toxunub
əlləriylə öpərdi
pəncərəyə düşən-
o görə bilmədiyi
işığı;
Cüt-cüt gəzəndə sevənlər
atasının bozarmış corablarını
cütləyə-cütləyə
alnındakı qırışlara
barmaqlarıyla ütü vura-vura
qarıyardı qız.

Hayku

Nağara səsi,
musiqiçi yağışlar
acın mədəsi.

Küçə itləri,
evdən qovulmuş qadın
qırmızı fənər.

Sakit axan su,
yuyunan çay daşları
hovuzda gənc qız.

Hıçqıran ağac,
ömrün xəzəlində eşq
düşən yarpaqlar.

Rok musiqisi,
sunami qurbanları
bəstəkar dəniz.

⃰⃰⃰⃰ ⃰⃰⃰⃰ ⃰⃰⃰

Şəklimə vurulubmuş:
Ovcunda gəzdirərmiş
Əl boyda kağızı illərlə
Gecələr balıncının altında,
Gündüzlər köynəyinin döşündə,
pencəyinin cibində gizlədərmiş.
O gündən –
Şəklim məscidə bağışlanan
paltarların içindən çıxandan
qorxuram,
Çəkmə, şəklimi!

MANERA.AZ


Baxış sayı - 3 258 | Yüklənmə tarixi: 03.08.2016 12:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031