Ölmək vətənlə üz-üzə...| MANERA.AZ
![]()
Seyid Aynur
Ölmək vətənlə üz-üzə...
Hərbi and,
1 silah, 2 güllə,
Məhəbbət:
1 arzu və 2 bədən,
Və səssiz ağlayarkən içimdə,
üzümü bir məktubla güldürmək
Dərdləşmək vətənlə üz-üzə,
Vüsalların ən unudulmazıdır, yəqin!
Əvvəlcə ayaqların,
sonra qollar,
və yavaş-yavaş gözlərimdən itdikcə,
enli çiyinlərin,
doluykən arzularla hələ ürək,
ayrılmaq,
Ölmək vətənlə üz-üzə,
Vüsalların “ən” ,
“ən”idir yəqin!.
MANERA,AZ