Dövlət müşaviri Qarabağ bölgəsinə səfər edib |MANERA.AZ
![]()
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müaşviri, akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə Qarabağ bölgəsində səfərdə olub
MANERA.AZ xəbər verir ki, 7-10 iyul tarixlərində davam edəcək səfər ərzində Dövlət müşaviri ilk olaraq Bərdə və Ağdam rayonlarında rayon ictimaiyyətinin nümayəndələri, dindarlar və bu rayonlarda yerləşən hərbi hissələrdə xidmət edən əsgər və zabitlərlə görüşüb.
Bərdə rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra K.Abdullayev və rayon İcra Hakimiyyətinin başçısı V.İsayev Bərdə İmamzadəsini ziyarət edib, burada ibadət edən dindarlarla və ziyarətçilərlə fikir mübadiləsi aparıb. Ölkə Prezindentinin Ramazan bayramı təbrikini rayon ictimaiyyətinə çatdıran Dövlət müşviri Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin ümumi mənzərəsi, Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, siyasi banisi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Dövlət başçısı tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin Multikulturalizm ili elan olunması münasibətilə keçirilən tədbirlər haqda danışıb. Aprel ayında ordumuzun qalibiyyəti ilə nəticələnən döyüşlərdən, bu qısa müddətli müharibədə qəhrəmancasına şəhid olan bərdəlilərdən bəhs edib, onların ruhuna ehtiramını ifadə edib.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev öz çıxışında Kamal Abdullayevə belə əziz bayram günündə Bərdə rayonuna gəldiyinə və bayramı bərdə camaatı ilə birgə keçirdiyinə görə təşəkkürünü bildirib. Bərdə sakinlərinin ölkə Prezidentinin apardığı siyasətə daima tərəfdar olduğunu, aprel döyüşləri zamanı hər bir bərdəlinin silaha sarılmağa hazır olduğunu dilə gətirib.
Bərdə rayon Cümə məscidində yerləşən İmamzadə ziyarətgahı dini icmasının sədri Ramzan Hüseynov və digər dindarlar da çıxış edərək Ölkəmizdə dövlətin dinə və dindarlara qayğısından söhbət açıb və Prezidentə onlara göstərdiyi yüksək diqqətə görə minnətdarlıqlarını bildiriblər. Yad dini təsirlərin yaşadıqları kənd və qəsəbələrə ayaq açmaması, ənənəvi İslamın qorunub saxlanması üçün var qüvvələrilə bundan sonra da çalışacaqlarını bildiriblər.
Vaxtilə Bakı Slavyan Universitetində təhsil almış və bu zaman Universitetin rektoru olan Kamal Abdullayevdən valideyn qayğısı gördüyünü bildirən Bərdə rayon Ləmbəran kənd orta məktəbinin direktor müvini bu gün gənc nəslin tərbiyəsində, Azərbaycan gəncliyinin vətənə, millətə və başqa millətlərin nümayəndələrinə məhəbbət ruhunda tərbiyə olunmasında multikulturalizm siyasətinin böyük önəminin olduğunu vurğulayıb.
Sonda Dövlət müşviri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 2015-ci ildə təmir və bərpa olunaraq istifadəyə verilən Bərdə İmamzadəsinin kitabxanasına "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı və yenicə çap olunmuş "Multikulturalizm" jurnalını ilk sayı hədiyyə edilib.
Bərdə rayonundan sonra Ağdam rayonuna gələn Dövlət müşviri burada Xındırıstan məscidində dindarlarla görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib. Cəbhə xəttinin bir addımlığında yerləşən kəndin camaatının ruh yüksəskliyinə diqqət çəkən K.Abdullayev onları Ölkə Prezidentinin də dediyi kimi Azərbaycanın qürur duyulacaq insanları adlandırıb.
Xındırıstan kənd məscidi dini icmasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Barat Bağırov çıxışında bildirib ki, kəndimizin üzərinə mərmi yağan zamanda Prezident İlham Əliyev öz xanımı ilə Ağdama gələrək, mühaibədən zərər çəkən evlərdə olaraq bizlərə çox böyük ruh yüksəkliyi bəxş edib. Bizim burada düşmənə sipər olmağımızın əsas səbəbkarı Prezidentimizdir.
Xındırıstan kənd məscidinndə yaradılmış kitabxanaya "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı və "Multikulturalizm" jurnalını hədiyyə edən Dövlət müşviri daha sonra cəbhə xəttinə daha yaxın məsafədə yerləşən Çəmənli kəndindəki Seyid Lazım Ağa Ocağını ziyarət edib, ziyarətə gəlmiş insanlar və kənd dindaları ilə görüşüb.
Erməni qəsbkarlarını hədəf seçdiyi Çəmənli kənd sakinləri qarşısında çıxış edən Dövlət müşviri bildirib: Prezidentimiz cənab İlham Əliyev bu ili ölkəmizdə multikulturalizm ili elan etməklə təkcə Azərbaycanı dünyaya yox, həm də bizi bir daha özümüzə dərindən tanıtdı. Biz multikultural və tolerant xalqıq, amma torpaqlarımızın işğalı ilə barışan xalq deyilik. Prezidentin də qeyd etdiyi kimi Qarabağın taleyilə bağlı bu ağılasığmaz status-kvo davam etdikcə aprel ayında olan kimi sarsıdıcı düşmənə sarsıdıcı zərbələr də davamlı olacaq. Qarabağ, itirilən hər bir qarış torpağımız qarış-qarış gei qaytarılacaq. Necə ki biz buna şahidik."
Görüşdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub .... çıxış edərək Ağdam sakinlərinin daima ölkə Prezidentinin apardığı uzaqgörən siyasətin dəstəkçiləri olduğunu, rayonun hazırda inzibati mərkəzi olan Quzanlı qəsəbəsində və kəndlərdə görülən abadlıq işlərinin aparıldığını, aprel döyüşlərində dağıdılmış yaşayış evlərinin müasir tələblərə uyğun şəkildə bərpa olunduğunu bildirib. Prezident cənab İlham Əliyevin rayona son səfərinin əsil öndər və Ali baş komandan kimi xalqda böyük ruh yüksəkliyi yaratdığını ifadə edib.
Seyid Lazım Ağa ocağının axundu Mir Yusif Ağa və başqa dindarlar onlara göstərilən qayğı və diqqətdən ürək dolusu danışıblar.
Ziyarətgahın da kitabxanasına kitablar bağışlayan Dövlət müşviri K.Abdullayev son zamanlar cəbhədə yaşanan gərginlikdən üzüağ, qalibiyyətlə çıxan N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüb. Əsgərlər qarşısında çıxış edən Dövlət müşviri qeyd edib ki: Siz Azərbaycanın qəhrəmanlarısınız. Siz vətən torpağının hər qarışı uğrunda özünüzü sipər edən igidlərsiz. Siz əsgərlər Ulu öndərin "ölkəmizdə yaşayan milli azlıqlar bizim sərvətimizdir" söylədiyi xəzinənin, bu gün dünyanı barış və sülhə səsləyən Azərbaycan multikulturalizminin qoruyucularısınız. Allah sizləri qorusun!"
Hərbi hissədəki qəhrəman əsgər və zabitlərlə görüşüb söhbətləşən Dövlət müşiri günün sonunda Ağdam rayonunda bu rayonun qəhrəman oğlu, aprel döyüşlərində qəhrəmancasına şəhid olan cəsur komandir Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turnirinin iştirakçıları ilə görüşüb və oyunlara tamaşa edib.![]()
![]()
![]()
![]()
![]()
![]()